Moldovada üç nazir istefa verib
Bakı, 14 iyul, AZƏRTAC
Moldovanın daxili işlər naziri Anna Revenko, maarif və innovasiyalar naziri Anatoli Topale və infrastruktur naziri Liliya Dabija istefa verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Dorin Reçan jurnalistlər üçün təşkil olunan brifinqdə bildirib. O, istefa verən nazirlərin hər birinin xidmətini yüksək qiymətləndirib.
Anatoli Topale və Anna Revenko 2021-ci ilin avqustunda formalaşan və Natalya Qavrilitsanın rəhbərlik etdiyi əvvəlki Nazirlər Kabinetinin tərkibinə daxil idi. Liliya Dabija isə 2023-cü ilin fevralında yeni hökumət formalaşan zaman nazir təyin edilmişdi.
Son iki həftə ərzində siyasətçilər və ekspertlər Kişineu aeroportunda baş verən faciəvi hadisədən sonra daxili işlər nazirinin və sərhəd polisi rəhbərinin istefasını tələb edirdilər. O zaman tacikistanlı cinayətkar sərhədçini və aeroportun təhlükəsizlik xidməti əməkdaşını güllələmişdi.
Moldova qanunlarına əsasən, Prezident baş nazirin təklifi ilə hökumət üzvlərinin istefası və yeni təyinatlar barədə fərman imzalayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]