Moldovanın ətraf mühit naziri Qəbələdədir
Qəbələ, 8 sentyabr (AZƏRTAC). Azərbaycanda səfərdə olan Moldovanın ətraf mühit naziri George Şalaru Qəbələdə keçirilən XI Beynəlxalq Pestisidlər Forumunda iştirak edir.
AZƏRTAC xəbər verir ki, moldovalı nazir Qəbələdə jurnalistlərə müsahibəsində bildirmişdir ki, sentyabrın 9-da ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ilə görüşəcəkdir. Görüşdə ölkəsinin gələcəkdə Azərbaycan ilə birgə reallaşdıracağı layihələr müzakirə ediləcək, köhnəlmiş kimyəvi tullantılarla bağlı problemlərin həlli yolları barədə fikir mübadiləsi aparılacaqdır.
George Şalaru demişdir ki, biz tullantıların məhv olunması üzrə təcrübə mübadiləsi aparmaq niyyətindəyik. Moldovada 2007-ci ildən başlayaraq 11 anbardan 2 min tona yaxın tullantı çıxarılaraq məhv edilmişdir. Gələcəkdə Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələrindəki köhnəlmiş və davamlı üzvi çirkləndiricilərin-pestisidlərin məhv edilməsinin yollarını müəyyən etmək istiqamətində planlar hazırlanır. Təəssüf ki, keçmiş SSRİ-də kimyəvi tullantılardan çox geniş və düşünülməmiş şəkildə istifadə olunurdu. Biz indi bunun fəsadlarının aradan qaldırılmasına cəhd edirik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]