MONQOLUSTANDA DÜNYADA ƏN İRİ ABİDƏ UCALDILACAQ
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, iyulun 11-də Monqolustanın milli bayramı - Xalq İnqilabının Qələbəsi günü ölkədə Çingiz xanın abidəsinin tikintisinə başlanacaqdır. Ulan-Batorun 53 kilometrliyində ucaldılacaq abidənin tikintisini 2008-ci ildə başa çatdırmaq nəzərdə tutulur. Onun yaradıcıları bildirmişlər ki, təxminən 10 mərtəbəli bina - 40 metr hündürlüyündə abidə dünyada ən böyük heykəl olacaqdır. Onun ətrafında - 15 hektar sahədə monqolların XIII əsrdəki həyatına həsr olunmuş xatirə kompleksi tikmək nəzərdə tutulur. Kompleksin təqribi dəyəri 10 milyon dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]