Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Mən çox məmnunam ki, birgə səylərimiz sayəsində qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığımız bir çox sahələrdə inkişaf edir.

Yüksək səviyyəli qarşılıqlı səfərlərimiz ikitərəfli münasibətlərimizin və əməkdaşlığımızın dərinləşməsində mühüm rol oynayır. Buna görə də inanıram ki, Zati-alinizə ünvanladığım dəvətimi qəbul edəcək və Sizə uyğun zamanda Monqolustana səfər edəcəksiniz.

Zati-aliləri cənab Prezident, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə rifah arzu edirəm.

Hörmətlə,

 

Uxnaaqiyn Xurelsux

Monqolustanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin