Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan Klubunun sədr müavini Murad Məmmədovdan

Hörmətli İlham Heydər oğlu,

Sizi ad gününüz münasibətilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) Azərbaycan Klubu adından təbrik edirik. Bu gün biz azərbaycanlı tələbələr Dövlət Proqramı sayəsində dünyanın aparıcı ali məktəblərində təhsil almaq imkanı əldə etmişik. Bu, əlbəttə ki, Azərbaycanın Prezidenti vəzifəsində Sizin uğurlu fəaliyyətinizin nəticəsidir. Sizin rəhbərliyinizlə aparılan səmərəli siyasətin nəticələri həmvətənlərimiz tərəfindən ehtiramla qarşılanır, beynəlxalq aləmdə yüksək qiymətləndirilir.

Sizin gərgin əməyiniz sayəsində biz bu gün Azərbaycanın siyasi və iqtisadi inkişafında sanballı uğurların şahidi oluruq.

Hörmətli cənab Prezident, icazə verin, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, doğmalarınızın və yaxınlarınızın Sizi daim dəstəkləməsini, Azərbaycanın rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edim.

Hörmətlə,

Murad Məmmədov

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan Klubunun sədr müavini

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin