Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan

Çox hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə səmimi sevinc və dərin hörmətlə təbrik edirəm.

Heç şübhəsiz ki, Siz çox zəngin həyat təcrübəniz, fəal xarakteriniz, qurucu enerjiniz və dünyaya açıqlığınız sayəsində layiqli dövlət başçısı və Rusiya ilə Azərbaycan arasında mehriban münasibətlərin qarantısınız.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun inkişafına, MDBMİ qardaşlığının möhkəmlənməsinə sanballı köməyinizi və dəstəyinizi, bu işdə həqiqətən maraqlı olmağınızı qeyd etmək mənə xüsusilə xoşdur. Universitetimizin məzunlarının Bakıda genişmiqyaslı forumunun keçirilməsi ilə bağlı Sizin təşəbbüsünüz yeni, şanlı bir ənənənin əsasını qoyub. Universitetin yubileyi ilində Moskvada MDBMİ Məzunlarının II Beynəlxalq Forumunun keçirilməsi bu ənənənin davamı oldu.

Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə möhkəm cansağlığı, mətinlik, qardaş Azərbaycan naminə yeni-yeni uğurlar və nailiyyətlər arzulayım.

Dərin hörmətlə,

Anatoli Torkunov

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru,

Rusiya Elmlər Akademiyasının akademiki

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin