ELM VƏ TƏHSİL
Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçiriləcək
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 26-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında “Açıq qapı” günü keçiriləcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsinin məqsədi abituriyentləri 2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları ilə tanış etməkdir. “Açıq qapı” günündə abituriyentlər MDU-nun Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr hazırlığı ilə bağlı hərtərəfli məlumat almaq imkanı əldə edəcəklər.
Tədbir saat 14:00-da Bakı şəhəri, H.Cavid prospekti, 133 ünvanında (Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında) keçiriləcək.