ELM VƏ TƏHSİL
Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçiriləcək
Bakı, 30 mart, AZƏRTAC
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı aprelin 8-də abituriyentləri 2017-2018-ci tədris ilində filiala daxil olmaq üçün qəbulun şərtləri və qaydaları ilə tanış olmaq məqsədilə “Açıq qapı” gününə dəvət edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları M.V.Lomonosov adına MDU-nun Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə edə biləcəklər.
“Açıq qapı“ günü saat 14.00-da Bakı şəhəri, H.Cavid prospekti, 133 (Metronun “Elmlər Akademiyası” stansiyasının yanında) ünvanında keçiriləcək. Əlaqə telefonu: (012) 598-93-32.