ELM VƏ TƏHSİL
Moskva Dövlət Universitetinin professoru AMEA-nın Mərkəzi Elmi Kitabxanasının qonağı olub
AMEA-nın Mərkəzi Elmi Kitabxanasından AZƏRTAC-a bildiriblər ki, professor T. Boqatova Moskvanın “Yanus-K” nəşriyyatında 2013-cü ildə çap olunmuş “Kimyaçı qadınlar: bioqrafik portret, elm və təhsilə töhfə, etiraf” (“Женщины - химики: биографический портрет, вклад в образование и науку, признание”) kitabını MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərliyə təqdim edib.
Rusiyalı qonağa Mərkəzi Elmi Kitabxananın nəşri olan kitabları hədiyyə edən Aybəniz Əliyeva-Kəngərli, eyni zamanda, növbəti nəşrdə Azərbaycanın kimyaçı qadın alimləri haqqında məlumatların verilməsi arzusunu bildirib.
Görüşdən məmnun qaldığını qeyd edən professor Tatyana Boqatova növbəti nəşrlərdə Azərbaycanın kimyaçı qadınları haqqında məlumatlar verməyə çalışacaqlarını söyləyib.