ELM VƏ TƏHSİL
Moskvada Beynəlxalq Mühəndislik Akademiyasının ötən ildəki fəaliyyətinə dair ümumi yığıncaq keçirilib
Bakı, 24 may, AZƏRTAC
Moskvada Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) 2016-cı ildəki fəaliyyətinin yekunlarına həsr olunan ümumi yığıncaq keçirilib.
BMA-nın prezidenti, akademik Boris Qusev 14 ölkədən Akademiyanın üzvü olan 713 nəfərin iştirak etdiyi yığıncaqda hesabat məruzəsi ilə çıxış edib.
Yığıncaq ərəfəsində “İnjenernaya qazeta” (Moskva) mətbu orqanında Azərbaycan Mühəndislik Akademiyasının (AMA) prezidenti, akademik Arif Paşayevin “Neft-qaz sahəsi ilə yanaşı” (“Naryadu s nefteqazovıy otraslyu”) sərlövhəli geniş məqaləsi dərc edilib. Qəzetin həmin nömrəsi yığıncaq iştirakçılarına paylanılıb. Məqalədə müəllif müasir elmi-texniki nailiyyətlərə əsaslanmaqla ölkəmizin iqtisadi strategiyasının formalaşmaşında qeyri-neftqaz sektorunun inkişafına diqqət yönəldib.
Akademik A.Paşayevin məqaləsi tədbirin iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Ümumi yığıncağın işinə sədrlik tədbir iştirakçılarının yekdil qərarı ilə AMA-nın vitse-prezidenti, akademik Əhəd Canəhmədova həvalə olunub.
Akademik Ə.Canəhmədova AMA-nın 2016-сı ildəki fəaliyyəti barədə ətraflı məlumat verib.
BMA-ya gizli səsvermə ilə Azərbaycandan iki həqiqi və bir müxbir üzv seçilib.