MOSKVADA ENTEROVİRUS İNFEKSİYASI TƏHLÜKƏSİ VAR
AZƏRTAC-ın Moskvadan aldığı xəbərə görə, Rusiya paytaxtında enterovirus infeksiyası epidemiyası təhlükəsi var. Təhlükəli infeksiyanın bir neçə bölgədə yayılması halları qeydə alınmışdır. Bu xəstəliyin ilk əlamətləri adi soyuqdəyməyə bənzəyir. Çiy su, keyfiyyətsiz süd məhsulları, ət, tərəvəz, habelə açıq su hövzələrində çimmək yay mövsümündə uşaqların xəstələnməsinə səbəb olur. Həkimlər isə bunu kəskin resperator xəstəlikləri hesab edirdilər. Enterovirus infeksiyasına yoluxma, adətən, boğaz gəlməsi, diareya və hətta meningit xəstəliyinə çevrilir.
Mütəxəssislər son illər uşaqlar arasında epidemik xəstəliklərin artmasına səbəb olacaq virusun yeni növünün meydana çıxmasından ehtiyat edirlər. Dövlət Sanitariya-Epidemiologiya Nəzarəti Mərkəzi Rusiyanın bütün regionlarına görülməli olan nə kimi profilaktik tədbirlər barədə məktublar göndərmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]
Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]