Moskvada koronavirusla bağlı bəzi məhdudiyyətlərin müddəti yanvarın 15-dək uzadılıb
Moskva, 26 noyabr, AZƏRTAC
Moskvada koronavirusla bağlı mövcud məhdudiyyətlərin müddəti 2021-ci il yanvarın 15-dək uzadılıb.AZƏRTAC xəbər verir ki, Rusiya paytaxtında yaşı 65-dən yuxarı olan və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin evdən çıxması ilə bağlı məhdudiyyətlərin, habelə əməkdaşların 30 faizinin məsafədən işləməsinə dair qaydaların müddəti yanvarın 15-dək uzadılır.
Moskva meri paytaxtda COVID-19 ilə əlaqədar epidemioloji vəziyyətin gərgin olduğunu bildirib. Onun sözlərinə görə, yoluxmaların sayının azalmasından danışmaq hələ ki, tezdir və səhiyyə sistemi olduqca gərgin qrafikdə işləyir.
Noyabrın 13-dən Moskvada kafe, restoran, bar və gecə klubları 23:00-dək işləyir, kollec və ali məktəblərdə məsafədən təhsil rejimi tətbiq edilib, kütləvi tədbirlərə qadağa qoyulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]