Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib

Moskva, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) XIV-XV əsrlərin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstünün təntənəli açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib.

Nəsiminin büstünün açılışı Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada keçirilən “Nəsimi - poeziya, incəsənət və mənəviyyat festivalı” çərçivəsində baş tutub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏLİYEVA təntənəli mərasimdə çıxış edərək dedi:

-Biz bu gün böyük şair, filosof və mütəfəkkir Nəsimiyə həsr olunmuş tədbirə toplaşmışıq. Nəsimi XIV-XV əsrlərdə yaşayıb-yaradıb. O, Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynayıb, Azərbaycan poeziyasının şah əsərlərini yaradıb, Azərbaycan ədəbi dilinin əsasını qoyub. Nəsimi poeziyası müasir dövrümüzdə də yaşayır və aktualdır. Bu ilin sentyabrında Azərbaycanda ilk dəfə Nəsimiyə həsr edilmiş mənəvi-poetik yaradıcılıq festivalı keçirilib. Festival çərçivəsində çoxlu sayda tədbirlər - poeziya, musiqi və rəqs gecələri, tamaşalar, sərgilər, videoinstalyasiyalar, yoqa və meditasiya təşkil olunub. Bütün bunlar ali şüurun dərinliyinə varmaq üçün edilib.

Tədbirlər Nəsiminin doğma yurdu Şamaxıda, “Qala”, “Atəşgah məbədi” qoruqlarında və əlbəttə, Bakıda keçirilib. Dörd gün ərzində ümumən 30 tədbir təşkil olunub. Nəsimi fəlsəfəsi o qədər dərindir ki, sonsuzluğu qavramağa, insan şüurunun ən dərin qatlarına nüfuz etməyə və bir çox hadisələri yozmağa qabildir. Biz son dərəcə minnətdarıq və şadıq ki, bu gün Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun binasında bu dahi insanın büstünü açırıq. Bu, bizim üçün də çox aktualdır. Çünki bizim vəzifələrimizdən və arzularımızdan biri budur ki, bu gün Nəsimini tanısınlar, onun poeziyasını oxusunlar və bu poeziya yaşasın. Həqiqət zamanın fövqündə dayanan anlayışdır. Nəsiminin tükənməz ilham mənbəyi gözəllik, məhəbbət və təbiətdir. Böyük şair hesab edirdi ki, həqiqətə çatmaq üçün insan qəlbinin dərinliyinə nüfuz edib, onun gözəlliyini və xeyirxahlığını görmək lazımdır.

Hamınıza “Çox sağ olun!” deyirəm. Mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunova, prorektor Artyom Malginə, institut kitabxanasının direktoru Marina Reşetnikovaya, Tarix Muzeyinin rəhbəri İqor Pavlenkoya və əlbəttə, bu gözəl əsərin müəllifi Mahmud Rüstəmova təşəkkür etmək istəyirəm.

Sonra Leyla Əliyeva öz şeirini oxudu.

MDBMİ-nin rektoru, akademik Anatoli TORKUNOV çıxış edərək bildirdi ki, Nəsiminin büstünün qoyulması universitet üçün böyük şərəfdir. O dedi: “Bu gün biz Heydər Əliyev Fondundan olan çoxdankı fəxri, əziz və hörmətli dostlarımızı tamamilə qeyri-adi bir münasibətlə qəbul edirik. Belə ki, kitabxanamızda böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstünü açırıq. Nəsimi yaradıcılığı Azərbaycan və ərəb dillərində poeziyaya və bütövlükdə Yaxın Şərq regionunun mədəniyyətinə böyük təsir göstərib. Şərq problemlərinə və Şərq dillərinə böyük diqqət yetirən universitetimizdə dahi mütəfəkkirin büstünün açılışı dərin rəmzi məna daşıyır. Rusiya şərqşünaslığının şanlı ənənələrinin davamçısı olan MDBMİ bir çox baxımdan nadir olan və son dərəcə müvəffəqiyyətlə inkişaf edən, ölkənin tərəqqisinə rəvac verən yeni-yeni böyük ustadlar yetişdirən Azərbaycan mədəniyyətinə həmişə xüsusi diqqətlə yanaşıb”.

Anatoli Torkunov çıxışının sonunda dedi: “Öz böyük sələflərinin, o cümlədən İmadəddin Nəsiminin irsinə - bu çox güclü mədəni təbəqəyə söykənən Azərbaycan bu gün də mədəni inkişaf yolu ilə durmadan sürətlə irəliləyir. Azərbaycanda olan hər kəs bununla razılaşmaya bilməz. Mən görürəm ki, respublikada böyük dəyişikliklər, o cümlədən Azərbaycan xalqının topladığı tarixi irsə münasibətdə dəyişikliklər baş verir. Bizim üçün tamamilə aydın məsələdir ki, Nəsimi dünya poeziyasının ən mükəmməl nümunələri arasında yer tutmağa layiq olan əsərlərində həmişə ilk növbədə insanın böyüklüyünü, bəşəri sevgini və şəxsiyyət azadlığını tərənnüm edib. Nəsiminin xalqın mənəviyyatından qaynaqlanan parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və müxtəlifliyi ilə əks etdirib. Ustadın yaradıcılığı Azərbaycan xalqının və bir sıra digər xalqların bədii-ictimai təfəkkürünün inkişafına böyük təsir göstərib və göstərməkdədir”.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Leyla Əliyevaya və Anatoli Torkunova minnətdarlığını bildirərək dedi:

-Bu iki parlaq çıxışdan sonra mənə burada böyük Azərbaycan şairi, mütəfəkkiri və filosofunun büstünü açmaq üçün yaradılan gözəl fürsətə görə, ilk növbədə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektorluğuna təşəkkürümü ifadə etmək qalır. Anatoli Vasilyeviç çox doğru dedi ki, bu büst burada oxuyan tələbələrə həmişə xatırladacaq ki, onlar çox savadlı insanlar olmalıdırlar. Nəsimi fəlsəfəsinin dərinliyini başa düşmək onlar üçün də çox faydalı olacaq.

Büstün yaradılmasına görə Heydər Əliyev Fonduna və heykəltəraşa təşəkkürünü bildirən səfir qeyd edib ki, Fondun təşkilatçılığı və köməyi olmadan bunu həyata keçirmək çox çətin olardı. Göstərdiyi dəstəyə və tez-tez Moskvaya səfər etdiyinə görə Leyla Əliyevaya təşəkkür edən Polad Bülbüloğlu deyib: “O, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinə - RAGB-a başçılıq edir, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. Budur, bu gün biz bu universiteti bitirən hörmətli Prezidentimizin alma-materinə toplaşmışıq. Mən xüsusi vurğulamaq istəyirəm ki, biz azərbaycanlılar üçün bu universitet çox dəyərlidir, çünki Ümummilli Liderimiz, Azərbaycan siyasətinin patriarxı, böyük dövlət xadimi Heydər Əlirza oğlu Əliyev və indiki Prezidentimiz İlham Heydər oğlu Əliyev bu ali təhsil ocağının fəxri doktorlarıdır. Buna görə də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu bizim üçün kənar ev deyil. Biz həmişə burada olmağa şadıq. Biz bunu yüksək qiymətləndiririk”.

Bugünkü tədbir Azərbaycanla Rusiya arasında sarsılmaz dostluğun daha bir təsdiqi olduğunu vurğulayan Polad Bülbüloğlu universitetin rəhbərliyinə, müəllim və professor heyətinə uğurlar arzulayıb, tələbələrə müraciətlə deyib : “Yaxşı oxuyacaqsınız, bizim Prezidentimiz kimi, öz ölkənizdə prezident olacaqsınız. Sizə uğurlar diləyirəm”.

x   x   x

Açılış mərasimində Yevgeni Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrının aktyoru Eldar Tramov tarzən Qorxmaz Axundovun müşayiəti ilə Nəsiminin şeirlərini oxudu.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur. Moskvada “Nəsimi - poeziya, incəsənət və mənəviyyat festivalı” dahi şairin yubileyinə həsr olunmuş tədbirlər planının bir hissəsidir. Festivalın məqsədi Şərqin ən böyük şair və mütəfəkkirlərindən birinin yaradıcılığını təbliğ etmək, habelə Azərbaycan və Rusiya arasında mədəni-ədəbi əlaqələri genişləndirməkdir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə sentyabrın 27-30-da Azərbaycanda ilk dəfə “Nəsimi - poeziya, incəsənət və mənəviyyat festivalı” keçirilib. Festival çərçivəsində şairin anadan olduğu Şamaxı şəhərində və Bakıda müxtəlif incəsənət növləri üzrə sərgilər, musiqi layihələri, tamaşalar, habelə mühazirə, simpozium və seminarlar təşkil edilib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB-2 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB-2 VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL