MƏDƏNİYYƏT
Moskvada Qalina Vişnevskayanın və Mstislav Rostropoviçin xatirə lövhəsi açılacaq
Bakı, 24 mart, AZƏRTAC
Martın 27-də Moskvada Qalina Vişnevskaya və Mstislav Rostropoviçin “Qazetnıy” döngəsində yaşamış olduqları evdə xatirə lövhəsinin açılış mərasimi keçiriləcək. Mərasimdən əvvəl kilsədə M.Rostropoviçin ruhuna dua oxunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Mstislav Rostropoviç Fondunun rəsmi saytında yer alıb.
Xatirə lövhəsinin açılışından sonra M.Rostropoviçin məzarı ziyarət ediləcək. Axşam isə P.Çaykovski adına Moskva Konservatoriyasının böyük zalında VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılış mərasimi keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [10:43]
Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb
- 08.05.2024 [10:29]
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür
- 08.05.2024 [03:45]