Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin “RAGB: dialoq və fəaliyyət” mövzusunda V konfransı keçirilib VİDEO

Moskva, 30 sentyabr (AZƏRTAC). Moskvadakı “Swissotel” otelin konfrans zalında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin “RAGB: dialoq və fəaliyyət” mövzusunda V konfransı keçirilib.

Forumun işində Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti Məmməd Əliyev, RF Dövlət Dumasının, Rusiya Federasiya Şurasının, Moskva hökumətinin nümayəndələri, Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və başqaları iştirak ediblər.

Zalın foyesində RAGB-nin fəaliyyətinə, ətraf mühitin qorunması üzrə İDEA kampaniyasına, “Bakı-2015” Birinci Avropa Oyunlarına həsr edilmiş fotosərgi təşkil olunub, Heydər Əliyev Fondunun nəşrləri sərgilənib.

Əvvəlcə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səsləndi.

Sonra RAGB-nin fəaliyyəti haqqında sənədli film nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə açan RAGB-nin sədri Leyla Əliyeva dedi: “RAGB-nin yaradılmasından yeddi il keçib. Bu gün biz inamla deyə bilərik ki, təşkilatımız formalaşıb və öz qarşısına qoyduğu vəzifəyə nail olub. Lap əvvəldən bizim məqsədimiz azərbaycanlı gəncləri birləşdirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasına kömək etmək, bütün planlarını, ideyalarını dəstəkləmək, təhsildə yardım göstərmək və bizim - Rusiyada yaşayan azərbaycanlı gənclərin ölkəmizin zəngin mədəniyyətini, qədim tarixini və ənənələrini ləyaqətlə təmsil edə bilməyimiz üçün nə lazımdırsa etmək idi. Rusiyanın bir sıra ali məktəblərində Azərbaycan gənclərinin qrupları fəaliyyət göstərir. Mən bizim regional bölmələrin fəallığını, onların səylərini xüsusi qeyd etmək istərdim. Bilirəm ki, çoxunuz bu gün bu konfransda iştirak etmək üçün uzun yol qət edib buraya gəlmisiniz. Hamınızı görməyə çox şadam və buna görə sizə təşəkkür edirəm”.

Leyla Əliyeva təşkilatın fəaliyyətinin yekunlarından söhbət açaraq qeyd etdi ki, RAGB hər il olduğu kimi, yenə Heydər Əliyev kuboku uğrunda mini-futbol üzrə çempionat, şahmat turniri, “Nə? Harada? Nə vaxt?” intellektual oyunu, “Qanın milləti yoxdur” adlı illik təmənnasız qanvermə aksiyası, tibbi profilli ali məktəblərin tələbələrinə və həkimlərə təcrübə mübadiləsi aparmaq imkanı verən böyük tibbi forum kimi aksiyalar, Lipetsk, Saratov, Kaluqa və digər şəhərlərdə tədbirlər keçirməkdə davam edir. Təşkilatın üzvləri “Etnomir” mədəniyyət və təhsil mərkəzində keçirilən festivalda, habelə Həştərxanda mini-futbol üzrə “Xalqlar dostluğu” çempionatında iştirak ediblər. RAGB bu tədbirin təşəbbüsçülərindən və təşkilatçılarından biri olub. Azərbaycan gəncləri Rusiyada uşaq evlərinə, internatlara, qocalar evlərinə mütəmadi olaraq baş çəkirlər. RAGB ekologiya və ətraf mühitin qorunması problemlərinə böyük diqqət yetirir.

RAGB-nin sədri Leyla Əliyeva dedi: “Azərbaycanın heyrətamiz, gözəl və zəngin təbiəti var. Dünyadakı 11 iqlim qurşağından 9-u Azərbaycanda mövcuddur. Ölkəmizdə 11 qoruq, 9 milli park yaradılıb. Şahdağ milli parkı Cənubi Qafqazda ən böyük parkdır. Üç il bundan əvvəl ətraf mühitin qorunması üzrə İDEA kampaniyası başlanıb. Bu kampaniyanın məqsədi Azərbaycanın və bütün dünyanın gənclərini planetimizi və təbiətimizi qorumağa cəlb etməkdir. İDEA layihəsinin mövcud olduğu dövrdə böyük işlər görülüb. Biz konfranslar, seminarlar, forumlar, sərgilər təşkil edir, məktəblərdə və universitetlərdə ustad dərsləri keçirir, kitablar, jurnallar nəşr edir, filmlər çəkirik. İDEA layihəsinin əsas istiqamətlərdən biri nəsli kəsilmək təhlükəsi olan heyvanların qorunmasıdır. May ayında Azərbaycanda pişikkimilərin, Qafqaz bəbirinin qorunmasına həsr edilmiş böyük konfrans keçirildi. Bu konfransa çoxsaylı beynəlxalq təşkilatların ekspertləri gəlmişdi. Tədbirdə Soçidən olan mütəxəssislər də iştirak edirdi. Bizimlə əməkdaşlıq etdiklərinə və öz təcrübələrini bölüşdüklərinə görə onlara təşəkkür edirəm”.

RAGB sədrinin dediyi kimi, artıq neçə ildir ki, bu təşkilatın dəvəti ilə rusiyalı tələbələr Azərbaycana səfər edir, milli mədəniyyətimizlə, adət və ənənələrimizlə tanış olurlar. Leyla Əliyeva vurğuladı ki, Rusiya ilə Azərbaycanı tarixən bir-birinə bağlayan amillər çoxdur. O dedi: “Bizim ümumi tariximiz, müştərək mədəniyyətimiz, ortaq bayramlarımız və ən başlıcası - səmimi insani münasibətlərimiz var. Mənim fikrimcə, səmimi, təmiz insani münasibətlər ən başlıca məsələdir. Azərbaycanda müxtəlif millətlərə, dinlərə, mədəniyyətlərə mənsub insanlar həmişə sülh və həmrəylik şəraitində yaşayıblar. Tolerantlıq bizim üçün nailiyyət deyil, həyat tərzimiz, həyat normamızdır. Çoxları bilmir ki, hələ 1918-ci ildə Azərbaycanda qadınlar səsvermə hüququ qazanmışlar. Müsəlman Şərqində ilk opera və balet Azərbaycanda yaradılmış, müsəlman qızlar üçün ilk məktəb Azərbaycanda açılmışdır.

Azərbaycanda rus ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə həmişə böyük məhəbbət bəslənib. Bu gün ölkəmizin məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə qorunub saxlanıb, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Bakı Slavyan Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Ölkəmizdə 16 mindən çox adam rus dilində ali təhsil alır. Cənubi Qafqazda ən böyük rus diasporu bizdədir”.

Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib ki, ölkəmizin dövlət müstəqilliyinin bərpasından cəmi 23 il keçməsinə baxmayaraq, bu gün Azərbaycan güclü, suveren və müstəqil dövlətdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Son illərdə ölkə iqtisadiyyatının həcmi bir neçə dəfə artıb. Hazırda Azərbaycan postsovet ölkələri arasında bu göstərici üzrə birinci yeri tutur. Leyla Əliyeva dedi: “Əlbəttə, bu, bizim dövlətin idmana, elmə, təhsilə, tibbə, mədəniyyətə daha çox diqqət yetirməsinə imkan verir. Bu gün Azərbaycan beynəlxalq forumların və konfransların keçirildiyi arenadır. Gələn il Bakıda tarixdə ilk dəfə Avropa Oyunları keçiriləcək, 2016-cı ildə isə biz şahmat olimpiadası keçirəcəyik.

Bütün uğurlarımıza və nailiyyətlərimizə baxmayaraq, biz unutmamalıyıq ki, ərazimizin 20 faizi işğal altındadır, ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkün var. Artıq neçə ildir ki, beynəlxalq “Xocalıya ədalət!” kampaniyası həm Rusiyada, həm də dünyanın bir sıra ölkələrində bu dəhşətli faciə ilə bağlı tədbirlər keçirir. Biz ümid edirik ki, tezliklə Rusiyada və digər ölkələrdə bu dəhşətli faciəyə hüquqi və siyasi qiymət veriləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıda biləcəklər. İnanıram ki, əgər biz - Rusiyada yaşayan Azərbaycan gəncləri əlbir olsaq, bir-birimizi dəstəkləsək, bir-birimizi dinləsək, bir-birimizə kömək etsək, onda bütün çətinlikləri dəf edə bilərik, həmişə başımızı uca tutarıq. RAGB Rusiya Federasiyası İctimai Palatasının Gənclər və Uşaq Birliklərinin Milli Şurasında təmsil olunub. Bu isə o deməkdir ki, münasibətlərimiz daha möhkəm, səsimiz daha güclü olacaq”.

Heydər Əliyev Fondunun vitse-prezidenti vurğulayıb ki, RAGB yeni layihə həyata keçirir - xüsusi informasiya portalı yaradılıb, orada “RAGB radiosu” və RAGB televiziyası” fəaliyyət göstərəcək. Bu, gənclərimizə həm Azərbaycanda və Rusiyada baş verən yenilikləri izləmək, həm də müvafiq layihələrdə iştirak etmək, jurnalist qabiliyyətlərini inkişaf etdirmək imkanı verəcəkdir.

Leyla Əliyeva dedi: “Deyirlər, gəncliyin xüsusi enerjisi var. O, işıq və xeyirxahlıq bəxş edir. Gəlin, bu enerjini birlikdə bölüşək, ətraf aləmi daha yaxşı, ölkələrimizi daha möhkəm, daha güclü, daha maraqlı edək”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd etdi ki, azərbaycanlı gənclər müxtəlif tədbirlər keçirməklə bu ölkənin cəmiyyətinə inteqrasiya edirlər. Bu, çox vacibdir. Səfir Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilmiş Sammitindən söhbət açaraq qeyd etdi ki, həmin tədbirdə çox mühüm qərarlar qəbul edildi və bütün prezidentlər razılaşdılar ki, Xəzər dənizi dostluq və inkişaf rəmzi olmalıdır. P.Bülbüloğlu dedi: “Coğrafiya taledir. Biz Xəzər sahilində yaşayırıq, həm Rusiya, həm də Azərbaycan Xəzəryanı dövlətlərdir. Biz əlimizdən gələni etməliyik ki, ölkələrimiz sülh və dostluq şəraitində yaşasınlar”. Diplomat Rusiya-Azərbaycan ikitərəfli münasibətlərindən söhbət açaraq vurğuladı ki, bu gün Azərbaycan Rusiya iqtisadiyyatına sərmayə qoyan az sayda ölkələrdən biridir. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Leyla Əliyevanın rəhbərliyi ilə bu ölkədə xeyriyyəçilik layihələri həyata keçirir. Ölkələrimiz arasında əmtəə dövriyyəsi ilbəil artır.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycan gənclərinin Rusiya cəmiyyətinə inteqrasiyasında RAGB-nin rolunu yüksək qiymətləndirdi. O qeyd etdi ki, Azərbaycanda dövlət gənclər siyasətinin istiqamətlərindən biri gənclərin əməkdaşlığını və ölkə hüdudlarından kənarda gənclər təşkilatlarının inkişafını dəstəkləməkdir. İ.Babayev dedi: “Bu gün qətiyyətlə demək olar ki, Azərbaycan dövlətinin gənclər siyasətinin əsas prinsipləri RAGB-nin layihələri vasitəsilə gerçəkləşir”.

Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) prezidenti Məmməd Əliyev Rusiyada Azərbaycan diasporunun təşəkkülünün tarixi və ÜAK-ın formalaşmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu barədə danışdı. M.Əliyev vurğuladı ki, RAGB üzvlərinin çoxu gələcəkdə Rusiyanın ən nüfuzlu diaspor təşkilatlarından birinin - Ümumrusiya Azərbaycanlılar Konqresinin layiqli üzvləri olacaqlar.

RF Dövlət Dumasının milli məsələlər üzrə komitəsi sədrinin birinci müavini Mixail Starşinovun qeyd etdi ki, Azərbaycan rəhbərliyi gənclərin tərbiyəsi məsələsinə, onların dünyagörüşünün formalaşmasına böyük diqqət yetirir. M.Starşinov dedi: “Sizin təşkilatınız yaxşı örnəkdir”.

Rusiya Federasiya Şurasının üzvü İqor Morozov RF Federasiya Şurasının sədri Valentina Matviyenkonun salamlarını konfrans iştirakçılarına çatdırdı və RAGB-nin çoxtərəfli fəaliyyətinə görə təşəkkürünü bildirdi.

Moskva Şəhər Mədəniyyət Departamenti rəhbərinin müavini Vladimir Filippov dedi: “RAGB Moskvanın ən güclü və dinamik gənclər birliklərindən biridir. Ondan nümunə götürürlər, onunla rəqabət aparmağa çalışırlar və bu baxımdan sizin üzərinizə böyük məsuliyyət düşür”. Onun qeyd edib ki, bu yaxınlarda Moskva meri S.Sobyaninin Bakıya səfəri zamanı 50-yə yaxın müxtəlif saziş bağlanıb. O, əmin olduğunu bildirdi ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi ölkələrimiz arasında əməkdaşlığın inkişafına şərait yaradacaq.

Təşkilatın fəalları konfransda çıxış edərək, görülmüş işlər barədə danışdılar. Onlar 70 regionun azərbaycanlı gəncləri adından bu gənclərin sıx birləşməsinə və onların bütün təşəbbüslərinin dəstəklənməsinə görə RAGB sədri Leyla Əliyevaya təşəkkür etdilər.

RAGB idarə heyətinin üzvü Emin Hacıyev təşkilatın fəaliyyəti haqqında foto-hesabat təqdim etdi.

Sonra RAGB sədri Leyla Əliyeva əlaçı tələbələrə və təşkilatın fəallarına sertifikatlar və diplomlar təqdim etdi.

Rəsmi hissədən sonra konfrans öz işini “Qafqazda bioloji müxtəlifliyin bərpası üzrə beynəlxalq əməkdaşlıq: nailiyyətlər və imkanlar”, “Azərbaycan bu gün”, “Azərbaycan səhiyyəsi islahatlar yolunda” və “Bakı- 2015” seksiyalarında davam etdirdi.

Konfransın iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış kitablar və disklər hədiyyə olundu.

Konfrans Azərbaycanın və Rusiyanın estrada ulduzlarının iştirakı ilə qala-konsertlə başa çatdı.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib