MOSKVADA ÜÇTƏRƏFLİ GÖRÜŞ KEÇİRİLƏCƏKDİR
Azərbaycan Dövlət Dəmir Yolunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu il mayın 20-21-də Moskva şəhərində Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı ilə əlaqədar Qəzvin-Rəşt-Astara yeni dəmir yolu xəttinin tikintisi layihəsinin müzakirəsi, inşaat və istismar üzrə Beynəlxalq Konsorsium yaradılması ilə bağlı Rusiya-Azərbaycan-İran dəmir yolları qurumları arasında üçtərəfli görüş keçiriləcəkdir.
Görüşdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi Arif Əsgərovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]