MOSKVALI İŞSİZDƏN 112 ƏDƏD YAQUT TAPMIŞLAR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, Moskva Baş Daxili İşlər İdarəsinin əməkdaşları paytaxtın işsiz sakinində 112 ədəd təbii yaqut aşkar etmişlər. Onu Kosıgin küçəsindəki mehmanxanada əlində 21,5 karatlıq 12 yaqutla saxlamışlar. Sonrakı istintaq əməliyyatı gedişində Paveletski vağzalının saxlama kamerasından 230 karatlıq daha 100 daş müsadirə olunmuşdur. Yaqutların ümumi dəyəri 16 milyon rubldan artıqdır.
Saxlanılan şəxs barədə RF Cinayət Məcəlləsinin “Qiymətli daşların qanunsuz dövriyyəsi” maddəsi üzrə cinayət işi qaldırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” futbol klubunda kadr dəyişikliyi baş verib
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]