DÜNYA
Moskvanın yeni tikililər bazarında qiymət artımı qeydə alınıb
Bakı, 11 avqust, AZƏRTAC
Cari ilin birinci yarımilliyində Moskva şəhərinin biznes və premium-klass yeni tikililər bazarında təklifin həcmi müvafiq olaraq 1,1 milyon kvadratmetr və 195 min 800 kvadratmetr təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Colliers International” şirkətinin hesabatında məlumat verilir. Beynəlxalq konsaltinq şirkətinin mütəxəssisləri keçən ilə nisbətən bazara yeni layihələrin çıxarılması templərinin azalmasını qeyd edir. Bu isə fəal tələb fonunda bazarda təklifin artma templərinin azalması ilə nəticələnib. Yüksək alıcılıq qabiliyyəti sayəsində bu ilin birinci yarımilliyində kiçik qiymət artımı müşahidə olunub.
Bu ilin ikinci rübündə istismara verilən obyektlərin sahəsi 111,8 min kvadratmetr metr təşkil edib ki, bu da birinci rübün göstəricilərindən iki dəfə yüksəkdir. Amma 2015-ci ilin ikinci rübünə nisbətən dinamika 16 faiz aşağıdır. Tələb baxımından ikinci rübdə bazarda vəziyyət birinci rübə nisbətən daha pozitivdir.
İcarə edilən və alınan ofis sahələrinin həcmi rüb ərazində 50 faiz artaraq 243 min kvadratmetr təşkil edib.