DÜNYA
Mövlud Çavuşoğlu: Ukraynada atəşin dayandırılmasına ümidimiz artıb
Bakı, 17 mart, AZƏRTAC
Rusiya və Ukraynaya səfər nəticəsində atəşin dayandırılmasına ümidimiz bir qədər də artıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynada səfərdə olarkən söyləyib. O deyib ki, razılaşdırılmağa yaxın olan məsələlər üzrə müqaviləyə nail olmaq üçün platforma formalaşdığı təqdirdə, Rusiya və Ukrayna liderlərinin görüşü daha çox mümkün görünür.
Çavuşoğlu əlavə edib ki, Kiyev Ukraynanın təhlükəsizliyinə dair mümkün sazişin qarantları sırasında Türkiyəni də görmək istəyir.
Türkiyənin xarici işlər naziri martın 16-da Moskvada rusiyalı həmkarı Sergey Lavrovla, bu gün isə Lvov şəhərində ukraynalı həmkarı Dimitro Kuleba ilə görüşərək münaqişənin nizamlanması barədə müzakirələr aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]
BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]
Çexiyada pivə istehlakı tarixi minimuma enib
- 08.05.2024 [12:55]
“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir
- 08.05.2024 [12:45]