MSTİSLAV ROSTROPOVİÇİN ÇIXIŞI
Xanımlar və cənablar!
Əziz uşaqlar!
Bu gün, 2006-cı il fevralın 27-si Azərbaycan uşaqlarının qızılca və məxmərəyə qarşı kütləvi peyvəndlənməsinin ilk günüdür. Bu kampaniyanın dörd təşkilatçısı var. Onlar Vişnevskaya-Rostropoviç Fondu, YUNİSEF, Dünya Səhiyyə Təşkilatı və respublikanın Səhiyyə Nazirliyidir. Demək lazımdır ki, bu peyvəndləmə kampaniyasını bir il ərzində təşkil etmişlər. Amerika hökuməti bu işdə bizə kömək göstərmişdir. Buna görə ona mərasimdə iştirak edən Amerika səfiri cənab Rino Harniş vasitəsilə təşəkkürümüzü bildiririk.
Kampaniyamızdan məqsəd bu gündən başlayaraq iki həftə ərzində 7 yaşından 29 yaşınadək insanları qızılca və məxmərəyə qarşı peyvəndləməkdir. Biz peyvəndləmə kampaniyasını martın 12-də başa çatdırmağı planlaşdırırıq. Bu kampaniya Azərbaycanda qızılca və məxmərəyin kökünü kəsmək uğrunda mübarizəni səmərə ilə aparmağa imkan verəcəkdir.
Demək istəyirəm ki, Azərbaycanın 3 milyon sakini peyvəndləndikdən sonra bizim Vişnevskaya-Rostropoviç Fondu ehtiyacı olanlara normal rejimdə qızılcaya, məxmərək və xənazirə qarşı peyvəndləməni davam etdirəcəkdir. Bu, Fondumuzun ölkədə 1 və 6 yaşlı bütün uşaqlar üçün artıq neçə ildən bəri gördüyü işdir.
Mən Azərbaycanın bütün tibb işçilərinə bu çox yaxşı ideyanın - gözəl ölkə olan Azərbaycanın uşaqlarının, sakinlərinin sağlamlığının qorunmasına yönəldilmiş ikihəftəlik peyvəndləmə kampaniyasının həyata keçirilməsində uğurlar arzulayıram.
Çox sağ olun!