SİYASƏT
Müasir Azərbaycanın banisi Heydər Əliyevin şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir ümmandır
Bakı, 12 dekabr (AZƏRTAC). Müasir Azərbaycanın banisi Heydər Əliyevin şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir ümmandır.
Bu sözləri dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar dahi şəxsiyyətin xatirəsinə hörmət və ehtiramını ifadə etmək üçün Fəxri xiyabana gələn Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov AZƏRTAC-a müsahibəsində demişdir.
Q.Bayramov bildirmişdir ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaqdır. Ulu öndər qəlblərdə xalqımızın ümummilli lider olaraq daim yaşayacaqdır.