MƏDƏNİYYƏT
Müasir İncəsənət Muzeyində rəssam Rəşad Mehdiyevin yeni əsərləri təqdim olunacaq
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın sonunda Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan rəssamı, Rusiya İmperator Rəssamlıq Akademiyasının Fəxri Akademiki, təsviri sənət üzrə fəlsəfə elmləri doktoru, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Rəşad Mehdiyevin fərdi sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın yeni əsərləri, bir sıra qeyri-adi bədii kompozisiyalar, heykəltəraşlıq nümunələri və instalyasiyaları nümayiş olunacaq. Sərgi məşhur “Hennessy” brendinin 250 illik ildönümü şərəfinə keçiriləcək. “Hennessy” ticarət markasının tarixi hər zaman sənət dünyası ilə sıx bağlı olub. Belə ki, Hennessy ailəsi daim incəsənətin inkişafını dəstəkləyib, bu gün də dünyanın bir çox tanınmış müasir rəssam və dizaynerləri ilə əməkdaşlıq edir.