ELM VƏ TƏHSİL
“Müasir kimyanın perspektiv istiqamətləri” kitabı nəşr olunub
Bakı, 8 oktyabr (AZƏRTAC. AMEA-nın Akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyevin və institutun baş elmi işçisi, professor Asif Məmmədovun həmmüəllifləri olduqları “Müasir kimyanın perspektiv istiqamətləri ” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitab müasir kimyanın ən yeni sahələrinə - nanokimya, femtokimya, spin kimyası, ekstremal kimya, biomimetik kimya, supermolekulyar kimya, bir molekulun kimyası, molekulyar dinamika və metadinamika, kimyəvi reaksiyaların idarə olunması, kimyanın inkişafının bütün dövrlərində aktual olan kvant kimyası və açıq sistemlərin termodinamikası, həmçinin sinergetika və özünü idarəetmə məsələlərinə həsr olunub.