MÜDAFİƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
İyunun 9-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının Xüsusi Əməliyyatlar komandanı briqada generalı Tomas Şrnkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a demişlər ki, görüşdə Azərbaycan-ABŞ və Azərbaycan-NATO əlaqələri barəsində fikir mübadiləsi aparılmışdır.
Görüşdə ABŞ Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, polkovnik-leytenant Brendan Makalun iştirak etmişdir.