İQTİSADİYYAT
“Muğanbank” Saatlı və Bərdə rayonlarında yeni filiallarını açmışdır
Bakı, 3 aprel (AZƏRTAC). “Muğanbank” xidmət şəbəkəsini genişləndirmək məqsədi ilə Saatlı və Bərdə rayonlarında iki yeni filialını açmışdır.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, son vaxtlar bankın regionlardakı filiallarının sayı artaraq 15-ə çatmışdır. Bununla da “Muğanbank” regionlarda yaşayan əhalinin müxtəlif bank xidmətlərindən daha geniş istifadəsinə şərait yaradır. Filiallarda fiziki və hüquqi şəxslərə xidmət göstərilir, müştərilərə hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və digər bank xidmətləri təklif edilir.
Bankın yeni filialları Saatlı şəhərindəki Heydər Əliyev prospektində və Bərdə şəhərindəki Nizami küçəsində yerləşir.
Ətraflı məlumatı 933 Məlumat Mərkəzindən, www.muganbank.az saytından, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsindən əldə etmək olar.