Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Mühəndislikdə süni intellekt və tətbiqi riyaziyyat” mövzusunda 4-cü beynəlxalq konfransın açılış mərasimi keçirilib

Bakı, 21 may, AZƏRTAC

Mayın 20-də Azərbaycan Texniki Universitetinin (AzTU) ev sahibliyi, Mingəçevir Dövlət Universiteti (MDU), Qazi Universiteti, Süleyman Dəmirel Universiteti, İsparta Tətbiqi Elmlər Universiteti və Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının birgə təşkilatçılığı ilə "Mühəndislikdə süni intellekt və tətbiqi riyaziyyat" mövzusunda 4-cü beynəlxalq konfransın (ICAIAME 2022) açılış mərasimi keçirilib. “Şuşa İli”nə həsr olunan beynəlxalq konfrans süni intellekt üzrə yeniliklər edən dünyanın tanınmış mütəxəssislərinin ixtiralarını geniş auditoriyaya çatdırmaq məqsədilə təşkil olunub.

Mingəçevir Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Açılış mərasimində çıxış edən ICAIAME-nin sədri Tuncay Yiğit üç il Türkiyədə keçirilən beynəlxalq konfransın növbəti dəfə Azərbaycanın paytaxtı Bakı şəhərində yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu bildirib və bunu ortaq dəyərlərə sahib qardaş ölkələr arasında yüksələn xətlə inkişaf edən əlaqələrin nəticələrindən biri kimi dəyərləndirib. Qeyd edib ki, 30-a yaxın universitetin alimlərinin iştirak etdiyi konfransa ümumilikdə 227 məqalə daxil olub. İki gün ərzində keçiriləcək panel iclaslarda məqalələrin müzakirəsi aparılacaq.

Qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev belə bir mötəbər tədbirin “Şuşa İli”nə həsr olunmasının xüsusilə əhəmiyyətli olduğunu bildirib. Rektor 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbədən danışaraq deyib ki, müharibədə dünya hərb tarixində ilk dəfə olaraq müasir texnologiyalardan istifadə edilməsi bu sahənin mütəxəssisləri üçün araşdırma mövzusu olub. Müdafiə sənayesi sahəsində müasir trendlərdən istifadə onu göstərir ki, universitetlərdə süni intellekt və tətbiqi riyaziyyatın tədrisinin və bu istiqamətdə elmi-tədqiqatların keyfiyyəti artırılmalıdır. Rektor bugünkü konfransın həm alimlər, həm də müvafiq ixtisas üzrə təhsil alan tələbələr üçün əhəmiyyətli olacağını vurğulayıb.

Sonra konfransa onlayn qoşulan İsparta Tətbiqi Elmlər Universitetinin rektoru, professor İbrahim Diler çıxış edib və konfransın işinə uğurlar arzulayıb.

Beynəlxalq konfransda geniş tərkibdə universitet heyəti ilə iştirak etməkdən məmnunluğunu ifadə edən MDU-nun rektoru Şahin Bayramov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin belə nüfuzlu beynəlxalq tədbirin təşkilatçılarından biri olmasından qürur duyduğunu bildirib və bu imkanın yaradılmasına görə bütün tərəfdaşlara təşəkkür edib. Dördüncü sənaye inqilabının baş verdiyi hazırkı dövrdə həyatımızın bütün sferalarında, o cümlədən mühəndislik sahəsində süni intellekt texnologiyalarının geniş tətbiq olunmasından bəhs edən Ş.Bayramov müasir cəmiyyətin gələcək innovativ inkişafının onlarsız təsəvvür etməyin mümkün olmadığını vurğulayıb. Süni intellekt və rəqəmsallaşmanın yeni dövrdə rəqabətqabiliyyətli inkişaf üçün böyük imkanlar yaratması ilə yanaşı, ciddi çağırışlar da meydana çıxardığını qeyd edən Ş.Bayramov bu sahənin inkişafında rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsinin, müasir tələblərə cavab verən yüksək ixtisaslı kadr hazırlığının, tədqiqatların genişləndirilməsi və tətbiqiliyinin artırılmasının vacib rol oynadığını diqqətə çatdırıb. Yeni çağırışlar kontekstində elm və ali təhsil müəssisələri qarşısında duran vəzifələrdən söhbət açan rektor süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik və informasiya texnologiyaları sahələrində tədris və tədqiqat fəaliyyətlərinin keyfiyyətinin yüksəldilməsinin MDU-nun prioritetləri sırasında yer aldığını bildirib. Bu tipli elmi platformalarda fəal iştirakın universitetlərin akademik heyət üzvlərinə böyük fayda qazandıracağına, süni intellekt sahəsinin inkişafına töhfə verən yeni əməkdaşlıqların və təşəbbüslərin formalaşdırılmasına əlverişli şərait yaradacağına əminliyini söyləyən Ş.Bayramov beynəlxalq konfransın təşkilində əməyi və dəstəyi olan bütün tərəfdaşlara, məruzəçilərə və iştirakçılara minnətdarlığını ifadə edib və konfransın işinə uğurlar arzulayıb.

Daha sonra Türkiyənin Qazi Universitetinin professoru, Türkiyə Süni İntellekt Assosiasiyasının təsisçisi və prezidenti Çetin Elmas, Milli Müdafiə Universitetinin prorektoru, professor Serdar Salman süni intellektin müasir vəziyyəti, inkişaf mərhələləri, universitetlərdə bu istiqamətdə görülən işlər barədə danışıblar.

Konfrans çərçivəsində təşkilatçı universitetlərin rəhbərləri, o cümlədən MDU-nun rektoru Ş.Bayramov diplomla təltif olunub.

Günün ikinci yarısında proqrama uyğun olaraq beynəlxalq konfransın panel iclaslarına başlanılıb. Panel iclaslarında MDU-nun 20-yə yaxın akademik heyət üzvü elmi məruzə ilə çıxış ediblər. Maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Mayın 21 və 22-də beynəlxalq konfrans işini hibrid formatda təşkil olunan panel iclasları ilə davam etdirəcək.

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da akademik və elmi potensialın gücləndirilməsi və hərtərəfli inkişaf etdirilməsi məqsədilə yerli və xarici tərəfdaş universitetlərlə birgə fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj VİDEO

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir