Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

MÜLKİ VƏ SİYASİ HÜQUQLAR HAQQINDA BEYNƏLXALQ PAKT ÜZRƏ AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİNİN MƏRUZƏSİNƏ DAİR BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ İNSAN HÜQUQLARI KOMİTƏSİNİN YEKUN İCMALI İLƏ ƏLAQƏDAR TƏDBİRLƏR BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2001-ci il oktyabrın 26-da Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin 73-cü sessiyasında Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Hökumətinin ikinci dövri məruzəsinə baxılmışdır. 

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi ilkin hesabatın təqdim olunmasından sonra keçən müddət ərzində ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan Respublikasının öz qanunvericiliyini beynəlxalq öhdəliklərinə uyğunlaşdırması, habelə məhkəmə islahatları sahəsində Azərbaycan Respublikasının səylərini təqdirəlayiq hesab etmişdir.

Bununla yanaşı, təqdim olunmuş məruzə üzrə İnsan Hüquqları Komitəsinin yekun icmalında ölkəmizdə insan hüquqlarının təmin edilməsi sahəsində müəyyən problemlərin mövcud olduğu qeyd edilmiş və onların aradan qaldırılması üçün tövsiyələr verilmişdir.

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt üzrə Azərbaycan Respublikası Hökumətinin ikinci məruzəsinə dair Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin yekun icmalında verilmiş tövsiyələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:

İşçi qrupunun rəhbəri:

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

İşçi qrupunun üzvləri:

Zahid Dünyamalıyev - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Baxış Zeynalov - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini

Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Eldar Məmmədov - Azərbaycan Respublikası Konstitusiya

Məhkəməsinin hakimi

Eldar Nuriyev - Azərbaycan Respublikası Baş prokurorunun müavini

Möminat Ömərova - Azərbaycan Respublikası Qadın Probelmləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Otari Qvaladze - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri üzrə sektorunun referenti

Kamran Şəfiyev - Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini - insan hüquqları üzrə qanunvericilik bölməsinin müdiri

Svetlana Qasımova - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin müavini

Səməd Bayramzadə - Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri

2. İşçi qrupuna tapşırılsın ki:

-Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin

Azərbaycan Republikası Hökumətinin məruzəsinə dair yekun icmalında verilmiş tövsiyələrin həyata keçirilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

-verilmiş tövsiyələr əsasında 2002-ci il noyabrın 1-dək aralıq məruzəsinin hazırlanıb Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinə təqdim olunmasını təmin etsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin