MÜNAQİŞƏ ZƏMİNİNDƏ YAXALANMIŞLAR
Bakı, 15 sentyabr (AZƏRTAC). Metronun “Gənclik” stansiyasının yaxınlığında Bakı şəhər sakini Nazim Qəmbərov və Dəvəçi rayon sakini Elvin Novruzov Ağsu rayon sakini Elnur Elnurovu bıçaqla hədələyərək 37 manatını almışlar. E.Qəmbərov və E.Novruzov Bakı şəhəri Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən tutularaq, Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsinə təhvil verilmişdir.
Lənkəran şəhərində yaşayan Rasif Əkbərov münaqişə zəminində qohumu Asif Əkbərova bıçaqla xəsarət yetirmişdir. Lənkəran Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Əkbərov yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]