Münaqişələr sərxoş halda baş vermişdir
Bakı, 8 dekabr (AZƏRTAC). Şamaxı rayonunda, əvvəllər məhkum olunmuş İlham Əmirov sərxoş halda münaqişə zəminində Azər Əliyevə bıçaqla xəsarət yetirmişdir. Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əmirov saxlanılmışdır.
Samux rayonunda, əvvəllər məhkum olunmuş Bəhrəm Məmmədov sərxoş halda münaqişə zəminində Amid Məmmədova bıçaqla xəsarət yetirmişdir. Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Məmmədov tutulmuşdur.
Kürdəmir rayonunda Elşən Bünyadov sərxoş halda münaqişə zəminində Elşən Ələkbərova bıçaqla xəsarət yetirmişdir. Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bünyadov yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]