SİYASƏT
MÜQƏDDƏS ENDRYU GÜNÜ BÖYÜK BRİTANİYA İLƏ YANAŞI, BÜTÜN DÜNYADA QEYD OLUNUR
Bakı, 22 noyabr (AZƏRTAC). Müqəddəs Endryu günü Böyük Britaniya ilə yanaşı, bütün dünyada qeyd olunur.
Bu sözləri Müqəddəs Endryu günü münasibətilə İçərişəhərdə keçirilən tədbirdə iştirak edən Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerolin Braun demişdir.
Səfir bildirmişdir ki, bu bayram adətən noyabrın axırına təsadüf edir. Biz İçərişəhərdə təşkil olunan mərasimlə milli musiqimizi və mədəniyyətimizi təbliğ edirik. Milli adət-ənənələrin, musiqilərin təbliği xalqlar arasında sülhun qorunmasına və dostluq münasibətlərinin möhkəmlənməsinə təkan verir.