MURMANSKDA MƏSCİD TİKİLƏCƏK
AZƏRTAC “Rosbalt” agentliyinə istinadla xəbər verir ki, Murmanskda məscid tikiləcəkdir. Murmanskın meri Mixail Savçenko demişdir ki, məscid üçün yer də ayrılmışdır. Kondopoqadakı hadisələrin burada təkrar olunmaması üçün şəhərin rəhbərliyi əlindən gələni edir. Mer demişdir ki, Murmansk çoxmillətli şəhərdir, buna baxmayaraq, bizim şəhərdə millətlərarası münaqişə baş verməmişdir. Məsələn, bu yaxınlarda vandallar Böyük Vətən müharibəsi illərində Murmanskın müdafiəsində iştirak etmiş zenitçi qadınlara abidəni dağıtmışdılar. Biz həmin abidəni Azərbaycan diasporunun vəsaiti hesabına bərpa etdik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [20:10]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [17:26]