İQTİSADİYYAT
Murovdan Goranboya yeni su xəttinin çəkilişi başa çatmışdır
Goranboy, 21 dekabr (AZƏRTAC). İnşasına keçən ilin oktyabrında başlanan Murovdağdan Goranboya çəkilən su xəttində tikinti-quraşdırma işləri başa çatdırılmışdır. Ballı qaya ərazisindən rayonadək 35 kilometrlik məsafədə çəkilən yeni xətti daimi su ilə təmin etmək üçün Qaraçayın üzərində 40 min tonluq bənd qurulmuşdur. Hər biri 1000 tonluq daha 3 bəndin tikintisinə isə 2012-ci ildə başlanacaqdır.
Rayon su-kanal idarəsinin rəisi Radiq Quliyevin məlumatına görə, hazırda rayon mərkəzində köhnə su xətlərinin dəyişdirilməsi davam edir. Qısa vaxt ərzində 800 metr su xətti dəyişdirilmişdir. Bu işlər başa çatdırıldıqdan sonra rayon əhalisi daimi içməli su ilə təmin olunacaqdır.