MƏDƏNİYYƏT
Musiqili Teatrın kollektivi hərbi hissədə çıxış edəcək
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “N” saylı hərbi hissənin əsgərləri qarşısında konsert proqramı ilə çıxış edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əsgərlər teatrın repertuarına daxil olan Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan”, S.Ələsgərov və İ.Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyalarından müxtəlif səhnələri izləyə biləcəklər.
Əməkdar artistlərdən Çingiz Əhmədov, Nərgiz Kərimova, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Şövqi Hüseynov, Nahidə Orucova, 2014-cü ilin aktrisası seçilmiş Gültac Əlili, Hüseyn Əlili və başqaları bir-birindən maraqlı səhnəcik və musiqi nömrələri ilə çıxış edəcəklər.
Bayram konsertinin aparıcısı Əməkdar Artist Əkbər Əlizadə olacaq.