Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

MÜSTƏQİL AZƏRBAYCAN DÜNYA MİQYASINDA YÜKSƏK NÜFUZ QAZANIR

Respublika Prezidenti Heydər Əliyevin Mərakeşə səfəri

Xəbər verdiyimiz kimi, dekabrın 12-də Azərbaycan Prezidenti Heydər Əliyev İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Kasablanka Zirvə toplantısında iştirak etmək üçün Mərakeşə yola düşdü. Azərbaycan dövlətinin başçısını bu səfərdə xarici işlər naziri Həsən Həsənov, dövlət müşavirləri Vəfa Quluzadə, Qabil Hüseynli, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə və digər rəsmi şəxslər müşayiət etmişlər.

İSTANBULDA MÜSAHİBƏ

Respublika Prezidenti Heydər Əliyev Mərakeşə gedərkən yolüstü Türkiyənin İstanbul şəhərində dayandı. O, Atatürk hava limanında jurnalistlərlə görüşündə Mərakeşə səfərinin məqsədini açıqladı.

KASABLANKADA TƏNTƏNƏLİ RƏSMİ

QARŞILANMA MƏRASİMİ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və onun başçılıq etdiyi nümayəndə heyətini gətirən təyyarə Kasablanka şəhərində beynəlxalq hava limanına enən kimi burada böyük bir təntənənin şahidi olduq.

Hava limanında Azərbaycanın və Mərakeşin dövlət bayraqları dalğalanırdı. Mərakeş kralı II Həsən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi təyyarənin pilləkəni yanında mehribanlıqla qarşıladı. Hər iki dövlət başçısı fəxri qonaqlar üçün nəzərdə tutulmuş yaraşıqlı tribunaya qalxdı. Orkestr Azərbaycanın və Mərakeşin dövlət himnlərini ifa etdi. Sonra dövlət başçıları hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin önündən keçdilər.

Azərbaycan Prezidenti Mərakeşin yüksək vəzifəli şəxslərinə yaxınlaşaraq onlarla səmimi görüşdü. Daha sonra Mərakeş dövlətinin başçısı II Həsən Azərbaycan nümayəndə heyətinin üzvləri ilə salamlaşdı. Təntənəli rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev onun üçün ayrılmış iqamətgaha yola düşdü.

KÜVEYT İLƏ AZƏRBAYCAN ARASINDA

ƏLAQƏLƏR GENİŞLƏNƏCƏKDİR

Azərbaycan ilə Küveyt coğrafi baxımdan bir-birinə çox yaxındır. Bizim ulu babalarımız arasında tarixən çox sıx əlaqələr olub. Doğrudur, sonrakı dövrlərdə bu əlaqələr müəyyən qədər kəsilib. Ancaq indi Azərbaycan müstəqil dövlətdir və öz tarixi keçmişini, qədim dostları ilə əlaqələrini bərpa edir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu fikri dekabrın 13-də Kasablankada Küveyt əmiri Cabir Əhməd Sabah ilə görüşərkən söylədi.

Səmimi sözlər üçün təşəkkürünü bildirən Cabir Əhməd Sabah Azərbaycan Prezidentini Küveytə rəsmi səfərə dəvət etdi. Heydər Əliyev bu dəvəti məmnuniyyətlə qəbul edərək bildirdi ki, ölkənizi ziyarət etmək mənim üçün çox xoşdur və mən də sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Bu dəvət Küveyt əmiri tərəfindən məmnuniyyətlə qəbul olundu.

Söhbət zamanı respublika Prezidenti Azərbaycanda Küveyt səfirliyi açılmasının zəruriliyinə toxunaraq dedi ki, doğrudur, sizin ölkədə belə səfirlik açmağa bizim hələlik imkanımız yoxdur. Ancaq Küveytin Azərbaycanda səfiri olsa, bu, həm sizin, həm də bizim ölkə üçün çox faydalı olar.

Heydər Əliyev daha sonra dedi:

-Bildiyiniz kimi, ölkələrimizin iqtisadiyyatında da bir-birinə bənzərlik çoxdur. Siz böyük neft ölkəsisiniz. Azərbaycan da neft ölkəsi hesab edilir. Doğrudur, bizdə neft hasilatının tarixi Küveytdən çox qədimdir. Məsələn, Azərbaycanda 170 ildir ki, neft hasil olunur. Ancaq sizdəki neft yataqları daha zəngindir və siz ildə bizdən xeyli çox neft istehsal edirsiniz. Neft hasilatında sizin də, bizim də böyük təcrübəmiz var. Yəqin eşitmisiniz ki, biz 45 ildən artıqdır ki, Xəzər dənizindən də neft çıxarırıq. Bu ilin sentyabr ayında Azərbaycan Respublikası ilə xarici ölkələrin nüfuzlu neft şirkətləri arasında böyük bir müqavilə imzalandı. Bu müqaviləyə əsasən biz həmin şirkətlərlə 30 il müddətində əməkdaşlıq edəcək və Xəzər dənizindən nefti birgə çıxaracağıq.

Son illərdə Küveytdə baş verən hadisələrə öz münasibətini bildirən Heydər Əliyev dedi ki, ölkənizin başına gələn bəlalar bizə məlumdur. Biz bunu öz dərdimiz kimi qəbul etmişik, İraqın sizin ölkəyə hücumunu, təcavüzünü həmişə pisləmişik, bu gün də pisləyirik. Azərbaycan dövləti sizin ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təmin olunmasına tərəfdardır. Çünki beynəlxalq hüquq normaları bunu tələb edir və ədalət naminə heç bir dövlət belə hallarla razılaşa bilməz.

Respublika Prezidenti Ermənistanın Azərbaycana təcavüzündən də bəhs edərək dedi:

-Siz bilirsiniz ki, altı ildir Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb. Azərbaycan müsəlman ölkəsidir. Biz hələ islam dini yaranandan islam dünyasının bir hissəsiyik. Ölkəmiz Sovet İttifaqının tərkibində olanda da biz dinimizi, inamımızı, etiqadımızı itirməmişik. Hörmətli şeyxülislam hacı Allahşükür Paşazadə 20 ildir ki, Azərbaycanda dini rəhbərdir. Onu da deyim ki, Ermənistanın Azərbaycana təcavüzü əslində müsəlman dünyasına edilən təcavüzdür. Altı il bundan əvvəl başlayan bu təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizindən çoxu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Həmin torpaqlarda bütün müsəlman abidələri, qəbirlər, “Qurani-kərim”in nüsxələri hamısı dağıdılıb, yandırılıb. Bizim 1 milyondan artıq vətəndaşımız - müsəlmanlar qaçqın düşüblər. Onlar çox ağır vəziyyətdədirlər, çadırlarda yaşayırlar. Həmin qaçqınların saxlanması üçün bizim böyük köməyə ehtiyacımız var. Əgər sizin ölkə bizim bu müsəlmanlara, qaçqınlara kömək etsə, buna görə sizə çox minnətdar olarıq.

Bildiyiniz kimi, İslam Konfransı Təşkilatının bu Zirvə toplantısında Ermənistanın Azərbaycana təcavüzünün pislənilməsi haqqında bir qətnamə hazırlanıb. Mən güman edirəm ki, siz bu qətnamənin qəbul olunmasına tərəfdar çıxacaqsınız. Bir daha demək istəyirəm ki, biz sizi özümüzə qardaş ölkə hesab edirik. Biz Küveytlə dostluq, qardaşlıq əlaqələri yaratmaq və onu inkişaf etdirmək istəyirik. Hesab edirəm ki, bu görüşdə həmin əlaqələrin əsası qoyulur.

Küveyt əmiri Cabir Əhməd Sabah səmimi sözlərə görə bir daha təşəkkürünü bildirdi və qeyd etdi ki, mən Sizin qaldırdığınız məsələlərin hamısını öz nəzər-diqqətimə götürürəm. Sözsüz ki, hər hansı bir müstəqil dövlətin əleyhinə təcavüz yolverilməzdir. Bizim dövlət də işğal olunmuşdu, sizin dövlət də işğala, təcavüzə məruz qalıb. Biz bu təcavüzün nə olduğunu gözəl anlayırıq, başa düşürük ki, sizin qaçqınlara yardım etmək lazımdır və bu köməyi edəcəyik. Cənab Prezident, Siz dediniz ki, bizim bu görüşümüz ölkələrimiz arasında dostluq əlaqələrinin əsasını qoyur. Mən də belə hesab edirəm və Sizi Küveytdə görmək arzusunda olduğumu bildirirəm.

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ AZƏRBAYCANA

YARDIM EDƏCƏK

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin əmiri Şeyx Zaid ibn Sultan al Nəhyan ilə görüşündə iki ölkə arasında əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məsələləri hərtərəfli müzakirə olundu. Bu görüşdən məmnun qaldığını bildirən Heydər Əliyev söhbət zamanı Ermənistanın Azərbaycana təcavüzündən və müharibənin sülh yolu ilə başa çatdırılması üçün görülən işlərdən geniş bəhs etdi. O dedi ki, altı il davam edən bu müharibə nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və həmin ərazilərdən bir milyondan artıq azərbaycanlı qaçqın düşüb, oradan bütün müsəlmanlar öz torpaqlarından qovulub, həmin ərazilər tamamilə viran edilib. Qaçqınlar hazırda respublikanın başqa yerlərində çətin şəraitdə yaşayırlar.

Doğrudur, indi atəş dayandırılıb. Biz atəşin kəsilməsi barədə Ermənistanla saziş əldə etmişik. Ancaq Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxmırlar. Məsələnin həll olunması üçün bir tərəfdən Rusiya, digər tərəfdən də ATƏM vasitəçilik edir. Bir neçə gün bundan əvvəl Budapeştdə ATƏM-in Zirvə toplantısı keçirildi və orada bizim bölgəyə sülhü mühafizə qüvvələrinin göndərilməsi barədə qətnamə qəbul olundu. Lakin həmin qüvvələr hələ toplanmayıb. Onlar gərək toplansın, sonra biz Böyük Sülh Sazişi əldə edək. Bu sazişdə gərək Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından tamamilə çxıarılması və qaçqınların öz yerlərinə qayıtması məsələsi öz əksini tapsın. Bütün bunlardan ötrü isə həmin beynəlxalq sülhü mühafizə qüvvələri bizim bölgəyə gəlməlidir.

Heydər Əliyev daha sonra dedi:

-Bilirsiniz ki, Ermənistan ərazisində Rusiyanın çox böyük hərbi qüvvələri var. Bu qüvvələr Ermənistana çox kömək edir. Azərbaycan müstəqil dövlətdir. Bizim ərazimizdə heç bir başqa ölkənin qoşunu yoxdur. Ona görə də biz çoxmillətli beynəlxalq sülhü mühafizə qüvvələrinin bölgəyə gəlməsinə razı olmuşuq. Biz istəyirik ki, onlar işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan silahlı qüvvələrinin çıxarılmasına kömək etsinlər. mən sizə bir daha bildirmək istəyirəm ki, indi Azərbaycan çox çətin vəziyyətdədir. Çadırlarda yaşayan qaçqınların bir çoxu xəstəliklərə tutulub, yemək-içmək çatmır. Azərbaycan blokada şəraitindədir. Ona görə də bizə sizin köməyiniz çox lazımdır. Cənab əmir, mən sizə məktub göndərmişəm, sizi Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Bu gün sizi bir daha Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Dəvəti məmnuniyyətlə qəbul edən Şeyx Zaid ibn Sultan al Nəhyan müsəlman ölkələrinin Azərbaycana yardımı ilə maraqlandı. Heydər Əliyev dedi ki, qonşu müsəlman ölkələrindən Türkiyə və İran azərbaycanlı qaçqınlara kömək edir. Səudiyyə Ərəbistanı da qaçqınlarımızın saxlanılması üçün müəyyən yardım göstərir. Pakistan kömək edir. Onlar qaçqınların yaşadığı yerlərə, çadır şəhərciklərinə gəlib müəyyən maddi kömək göstərirlər. Amma başqa ölkələrdən hələ bir kömək görməmişik. Hərbi sahədə bizə heç kim kömək göstərmir. Ermənistana isə Rusiya kömək edir. Bizim silah almağa, ordumuzu saxlamağa pulumuz yoxdur. Ermənistan da elə bundan istifadə edərək gəlib torpaqlarımızı işğal edib. Amma biz müsəlmanlar, azərbaycanlılar qədər də aciz deyilik.

Kasablanka Zirvə toplantısında qəbul olunacaq qətnamədən söhbət açan Azərbaycan Prezidenti dedi ki, Ermənistanın təcavüzünü pisləmək haqqında bu qətnaməni sizin müdafiə edəcəyinizə əminəm. Zirvə toplantısında müsəlman dövlətlərinin Azərbaycana iqtisadi və humanitar yardımı barədə də qətnamə qəbul ediləcək. Güman edirəm ki, siz bu qətnaməni də dəstəkləyəcəksiniz.

Birləşmiş Ərəb Əmirliklərinin başçısı öz ölkəsinin Azərbaycana iqtisadi və humanitar yardım göstərəcəyinə söz verdi və bildirdi ki, gərək bütün müsəlman ölkələri bu işdə yaxından iştirak etsinlər.

Heydər Əliyev dedi ki, ölkəniz zəngindir və siz uzun illərdir ki, bu dövlətin başında dayanırsınız. Ona görə də mən əminəm ki, bu məsələlərdə bizə kömək göstərəcəksiniz. Amma onu da bildirməliyəm ki, bu məsələdə gecikməz olmaz. Çünki ola bilər ki, bizim vəziyyətimiz daha da çətinləşsin. Doğrudur, bizim də sizin kimi neftmiz var. Biz Qərbin nüfuzlu neft şirkətləri ilə müqavilə bağlamışıq və onlarla əməkdaşlıq edəcəyik. Amma bu, öz səmərəsini bir neçə ildən sonra verəcək. Siz bilirsiniz ki, Azərbaycan qədim neft ölkəsidir. Ancaq indi bizim nefimiz azdır. Sizin isə neftiniz çoxdur. Bizi sıxışdırmaq istəyirlər. Amma biz öz müstəqilliyimizi qoruyacağıq. Siz bir müsəlman kimi, böyük bir insan kimi, böyük şeyx kimi gərək Azərbaycandakı müsəlman qaçqınlarının vəziyyəti haqqında düşünəsiniz. Axı, onlar yollarda, küçələrdə yaşayırlar. Ona görə də mən istəyirəm ki, siz ölkəmizə gələsiniz və müsəlmanların necə yaşadığını özünüz görəsiniz. Azərbaycan Qafqazda yeganə müstəqil müsəlman dövlətidir. Biz möhkəm dayanmışıq, öz müstəqilliyimizi qoruyub saxlayacağıq. Ancaq biz Ermənistanın təcavüzünün qarşısını almasaq, torpaqlarımızı azad etməsək ölkəmizin, müsəlmanların vəziyyəti daha da ağırlaşacaq.

Görüşün sonunda Şeyx Zaid ibn Sultan al Nəhyan öz ölkəsinin xarici işlər nazirinə Azərbaycana lazımi humanitar yardım göstərilməsi işinin təşkili barədə göstəriş verdi.

Şeyx Zaid ibn Sultan al Nəhyan Heydər Əliyevi öz ölkəsinə rəsmi səfərə dəvət etdi. Azərbaycan Prezidenti bu diqqətə görə Birləşmiş Ərəb Əmirliklərinin əmirinə təşəkkür etdi və onun dəvətini qəbul etdiyini bildirdi.

İORDANİYA QARABAĞ MÜNAQİŞƏSİNİN

HƏLLİNDƏ YAXINDAN İŞTİRAK ETMƏK

NİYYƏTİNDƏDİR

Azərbaycan dövlətinin başçısı Heydər Əliyevin İordaniya Kralı Hüseyn ibn Təlal ilə görüşündə dövlətlərarası münasibətlərin mühüm istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparıldı. Azərbaycanın üzləşdiyi iqtisadi-siyasi problemlər barədə danışan Prezident qeyd etdi ki, bütün bunların əsas səbəbi Ermənistanın Azərbaycana təcavüzüdür. Təcavüzün ağır nəticələrindən bəhs edən Heydər Əliyev bildirdi ki, altı ildən çox davam edən bu müharibə Azərbaycanı iqtisadi böhran həddinə, ərazimizin 20 faizindən çoxunun işğalına və qaçqınlar ordusunun yaranmasına gətirib çıxarmışdır.

Prezident təəssüflə dedi ki, lap son vaxtlara qədər bu təcavüzə lazımi hüquqi-siyasi qiymət verilməmişdir. Lakin son zamanlar ATƏM xətti ilə görülən diplomatik tədbirlər və eləcə də bir sıra İslam dövlətlərinin bu problemə fəal müdaxiləsi nəticəsində Ermənistanın yaratdığı informasiya blokadasını yarmaq və əsl həqiqətləri dünyaya çatdırmaq mümkün olmuşdur. Heydər Əliyev onu da bildirdi ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa hələ də böyük ehtiyac vardır. Bu mənada o, İordaniya Kralının dünyada olan nüfuzuna və siyasi təcrübəsinə ümid bəslədiyini bildirərək qeyd etdi ki, İordaniya bu problemin sülh yolu ilə həllinə lazımi kömək göstərə bilər. Mübahisəli beynəlxalq məsələlərin həllində kifayət qədər təcrübəli olan İordaniya Kralı Fələstin problemi kimi düyünlü məsələnin açılmasında çox böyük rol oynamışdır. Ona görə də zənnimcə, Hüseyn ibn Təlal Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında da yaxından iştirak edə bilər.

İordaniya Kralı səmimi sözlərə görə Heydər Əliyevə təşəkkürünü və minnətdarlığını bildirərək dedi ki, o, özünün və ölkəsinin nüfuzundan istifadə edərək, beynəlxalq təşkilatlarda və eləcə də iri dövlətlərin başçıları ilə görüşlərində Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılması üçün əlindən gələni əsirgəməyəcəkdir.

Azərbaycan Prezidenti İordaniya Kralını respublikamıza rəsmi səfərə dəvət etdi. Hüseyn ibn Təlal bu dəvəti məmnuniyyətlə qəbul etdi və bildirdi ki, onun üçün münasib olan ən yaxın vaxtlarda Azərbaycana rəsmi səfərə gələcək, ölkəmizin vəziyyəti ilə tanış olacaqdır.

Azərbaycan Prezidentinə yüksək ehtiramını bildirən Hüseyn ibn Təlal Heydər Əliyevi İordaniyaya rəsmi səfərə dəvət etdi. Dəvət məmnuniyyət hissi ilə qəbul olundu.

Dostluq və mehribanlıq şəraitində keçən bu görüşdə iki ölkənin qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi üçün görüləcək tədbirlər də nəzərdən keçirildi.

BRUNEY SULTANLIĞI İLƏ ƏLAQƏLƏR

QURULACAQ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dekabrın 13-də Bruney sultanı Muda Həssənal Bokiah Muizzəddin Vaddaullah ilə görüşdü. Heydər Əliyev sultana müraciətlə dedi ki, ölkələrimizin bir-birinə yaxınlaşması, sıx əlaqələr qurması üçün imkanlar çoxdur. Azərbaycan Respublikası İslam Konfransı Təşkilatının üzvüdür və bütün islam aləmi ilə geniş əlaqələr qurmaq yolundadır. Mənə elə gəlir ki, ölkələrimiz arasında əməkdaşlıq üçün burada, Mərakeşdə faydalı zəmin yaratmaq olar. Mən görüşdən çox məmnunam. Belə hesab edirəm ki, gələcək qarşılıqlı münasibətlərimiz üçün bu görüş yaxşı bir başlanğıc olacaqdır.

Bruney sultanı dünyanın görkəmli siyasi xadimi Heydər Əliyevlə görüşündən çox məmnun qaldığını bildirərək, bütün İslam ölkələri arasında dostluq və qardaşlıq münasibətləri yaradılmasının zəruri olduğuna toxundu və qeyd dedi ki, onun ölkəsi Azərbaycanla hərtərəfli əməkdaşlıq etməyə tərəfdardır.

Görüşdə İslam ölkələrinin qarşılaşdığı bir sıra problemlər barədə fikir mübadiləsi aparıldı, Ermənistanın Azərbaycana təcavüzündən bəhs olundu. Heydər Əliyev bu müharibənin xalqımıza gətirdiyi bəlalar haqqında sultana geniş söhbət açdı, müharibənin sülh yolu ilə dayandırılması istiqamətində ATƏM-in fəaliyyətini müsbət qiymətləndirdi. Respublika Prezidenti bölgəyə sülhməramlı qüvvələrin göndərilməsi barədə Budapeşt Zirvə toplantısında qəbul edilmiş qətnamənin əhəmiyyətini izah etdi və əmin olduğunu bildirdi ki, Kasablanka toplantısında da Ermənistanın Azərbaycana təcavüzünü pisləyən qətnamə qəbul olunacaqdır. Ona görə də biz çox istərdik ki, Bruney sultanı bu qətnaməni müdafiə etsin. Heydər Əliyev ümid etdiyini bildirdi ki, Bruney sultanlığı Zirvə toplantısında qəbul olunacaq digər bir qətnaməyə - Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsi barədə sənədə də öz müsbət münasibətini bildirəcəkdir.

Bruney sultanı bildirdi ki, onun ölkəsi Azərbaycanın haqq işinin müdafiəsi yolunda lazımi addımlar atacaqdır.

Səmimilik və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə iki ölkə arasında bir sıra konkret sahələrdə əlaqələr qurulması imkanları nəzərdən keçirildi və lazımi fikir mübadiləsi aparıldı.

QARDAŞ TÜRKİYƏ AZƏRBAYCANIN

PROBLEMLƏRİNİN HƏLLİNƏ ÖZ QAYĞISINI

ƏSİRGƏMİR

Dekabrın 13-də Kasablankada Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə Azərbaycan Prezidenti Heydər Əliyevin görüşü oldu. İki dost və qardaş ölkənin başçıları bir-birini hərarətlə salamladılar. Söhbət zamanı İslam Konfransı Təşkilatının yeddinci Zirvə toplantısının əhəmiyyəti qeyd edildi və Azərbaycanın haqq işinin müdafiə olunması üçün bu məclisdə qəbul ediləcək qətnamələrdən danışıldı. Minnətdarlıq hissi ilə bildirildi ki, bu sənədlərin hazırlanmasında Türkiyənin dövlət və hökumət rəhbərlərinin xüsusi rolu olmuşdur. Həmin qətnamələrin İKT-nin toplantıya hazırlıq komissiyasının Ciddədə keçirilən iclasında müzakirəsi zamanı türkiyəli dostlarımız qarşıya çıxan bir sıra mübahisəli məsələlərin həllində Azərbaycana yaxından kömək göstərmişlər.

Söhbət zamanı iki qardaş ölkənin əlaqələrinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi məsələləri də nəzərdən keçirildi.

ZİRVƏ TOPLANTISI ÖZ İŞİNƏ

BAŞLADI

Dekabrın 13-də axşam İKT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının yeddinci görüşü öz işinə başladı. Mərakeş Kralının sarayında keçirilən bu toplantıya gələn hər bir dövlətin rəhbəri təntənə ilə qarşılanırdı. Sarayın həyətində İKT-nin üzvü olan bütün ölkələrin dövlət bayraqları dalğalanırdı. Meydanda fəxri qarovul və orkestr düzülmüşdü.

Hər bir dövlət başçısını gətirən avtomaşın meydana daxil olan kimi marş sədaları ətrafa yayılırdı. Mərakeşin yüksək vəzifəli bir nümayəndəsi dövlət başçısını maşından düşən kimi salamlayır, onu salonadək müşayiət edirdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə də belə yüksək ehtiram göstərildi.

Zirvə toplantısında iştirak edən 52 dövlətin hər birindən, habelə dünyanın bir sıra digər ölkələrindən buraya xeyli jurnalist gəlmişdi. Həmkarlarımız meydanda onlar üçün ayrılmış tribunadan bütün bu təntənəni böyük maraqla izləyirdilər. Yerli icmalçılar və ekspertlər İKT-nin yeddinci Zirvə toplantısını geniş şərh edir, onun İslam ölkələri arasında daha sıx həmrəylik yaranmasındakı rolundan ətraflı bəhs edirdilər.

Məlum olduğu kimi, İKT-nin əsas məqsədləri təşkilatın üzvü olan dövlətlər arasında həmrəylik yaratmaq, iqtisadi, sosial, mədəni, elmi və digər sahələrdə əməkdaşlığı genişləndirmək, bu ölkələrlə beynəlxalq təşkilatlar arasında məsləhətləşmələr aparmaq, irqi ayrı-seçkiliyin, müstəmləkəçiliyin bütün formalarının aradan qaldırılmasına səy göstərmək, ədalətli sülhün və təhlükəsizliyin qorunması üçün lazımi tədbirlər görmək, bütün müsəlman xalqlarının öz ləyaqətini, müstəqilliyini və milli hüquqlarını qorumaqdan ötrü apardıqları mübarizəni gücləndirməkdən ibarətdir. Müşahidəçilərin fikrincə, Kasablanka Zirvə toplantısı bu baxımdan diqqəti daha çox cəlb edəcəkdir.

Zirvə toplantısının açılışında Mərakeş Kralı II Həsən, Misir Prezidenti Hüsni Mübarək, Malaziyanın Baş naziri Mahadi Mühəmməd və başqaları çıxış etdilər.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı da böyük diqqətlə dinlənildi və dəfələrlə alqışlarla qarşılandı.

İRANIN XARİCİ İŞLƏR NAZİRİ İLƏ

GÖRÜŞ

Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev öz iqamətgahında İranın xarici işlər naziri Əli Əkbər Vilayəti ilə sübh tezdən görüş keçirdi.

Heydər Əliyev İran nazirini salamlayaraq dedi ki, Azərbaycan İKT-nin Zirvə toplantısında ilk dəfədir ki, iştirak edir. Bu isə müstəqil Azərbaycan Respublikasının İslam aləmi tərkibində olmasına bəslənilən şübhələrin bir daha aradan qaldırılması deməkdir. Azərbaycan rəhbəri Kasablanka Zirvə toplantısına çox böyük əhəmiyyət verdiyini bildirərək ümidvar olduğunu söylədi ki, burada qəbul ediləcək qətnamələr Azərbaycanın haqq işinin müdafiə olunmasında mühüm rol oynayacaqdır. Dövlət başçısı bu qətnamələr hazırlanarkən Azərbaycanın mövqeyini müdafiə etmək sahəsində İran İslam Respublikası Xarici İşlər Nazirliyinin göstərdiyi səyləri yüksək qiymətləndirdi.

Əli Əkbər Vilayəti dedi ki, biz bütün bunları özümüzə borc hesab edirik və Azərbaycan Respublikasına hər sahədə kömək göstərməyə bundan sonra da hazırıq. Nazir Zirvə toplantısında qəbul olunacaq sənədlərdə Dağlıq Qarabağ məsələsinin öz əksini tapacağından bəhs edərək bildirdi ki, artıq bu problem dilə-ağıza düşərək bütün İslam ölkələrinin, habelə dünyanın digər dövlətlərini cəlb etməyə başlamışdır.

Görüşdə hər iki ölkəni maraqlandıran digər məsələlər də nəzərdən keçirildi.

HÜSNİ MÜBARƏK AZƏRBAYCAN PREZİDENTİNİN

ÇIXIŞINA YÜKSƏK QİYMƏT VERDİ

Dekabrın 14-də Azərbaycan Prezidenti Misir Ərəb Respublikasının Prezidenti ilə görüşərkən Hüsni Mübarək Heydər Əliyevin Zirvə toplantısındakı çıxışını diqqətlə dinlədiyini bildirdi və onu yüksək qiymətləndirdi. O, Heydər Əliyevə müraciətlə dedi ki, Siz İslam dünyasının qarşısında duran vəzifələri çox yaxşı təhlil etdiniz və dəyərli təkliflər verdiniz. Hüsnü Mübarəkin fikrincə, İslam aləmi üçün ən böyük təhlükə daxili çəkişmələrdir və bunların aradan qaldırılması üçün lazımi tədbirlər görülməlidir.

Azərbaycan dövlətinin başçısı səmimi sözlərə görə Hüsni Mübarəkə təşəkkürünü bildirdi və qeyd etdi ki, mən də sizin çıxışınızı çox maraqla dinlədim. Siz də öz çıxışınızda bizi narahat edən məsələlərə geniş yer ayırdınız.

Söhbət zamanı Heydər Əliyev Ermənistanın Azərbaycana təcavüzünün səbəbləri və nəticələrini geniş şərh etdi, münaqişənin sülh yolu ilə nizama salınması istiqamətinndə Azərbaycanın gördüyü tədbirlərdən danışdı.

Heydər Əliyevi diqqətlə dinləyən Hüsni Mübarək dedi: Biz Qahirədə görüşərkən mən söz vermişdim ki, Azərbaycanın problemlərinin həllinə kömək göstərilməsi barədə ABŞ-ın yüksək vəzifəli şəxsləri ilə lazımi söhbətlər aparım. Mən həm Prezident Bill Klintonla, həm də vitse-prezident Albert Qor ilə və digər yüksək vəzifəli şəxslərlə bu barədə geniş fikir mübadiləsi aparmışam və xahiş etmişəm ki, onlar məsələnin tezliklə həll olunmasında öz ölkələrinin böyük nüfuzundan lazımınca istifadə etsinlər.

Görüş zamanı Azərbaycan Prezidenti respublikamızdakı qaçqınların ağır şəraitdə yaşamasından da bəhs etdi və qış mövsümündə qarşıya çıxacaq daha ciddi çətinliklərdən söhbət açdı. Söhbətdə Azərbaycanın xarici neft şirkətləri konsorsiumu ilə bağladığı müqavilədən də danışıldı.

Heydər Əliyev Hüsni Mübarəki ölkəmizə rəsmi səfərə dəvət etdi. Misir Prezidenti bu dəvəti məmnunluqla qarşıladı və o da Azərbaycan Prezidentini Misirə səfərə dəvət etdi. Bu dəvət də razılıqla qəbul olundu.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə digər mühüm məsələlər də müzakirə edildi.

MALAYZİYA AZƏRBAYCANA MARAQ

GÖSTƏRİR

Dekabrın 14-də Azərbaycan Prezidenti Heydər Əliyevin Malayziyanın Baş naziri Mahadi Mühəmməd ilə görüşü də maraqlı keçdi. Respublikamızın dövlət başçısı Ermənistanın Azərbaycana təcavüzündən bəhs etdi və əmin olduğunu bildirdi ki, bununla əlaqədar toplantıda qəbul ediləcək qətnaməyə Malayziya da tərəfdar çıxacaqdır.

Heydər Əliyev Malayziyanın Baş nazirini Azərbaycana görüşə dəvət etdi. Mahadi Mühəmməd bu dəvəti razılıqla qarşıladı. O da Azərbaycan Prezidentini öz ölkəsinə rəsmi səfərə dəvət etdi. Mahadi Mühəmməd onun ölkəsinin Azərbaycanla bir sıra sahələrdə sıx əlaqələr qurmaq niyyətində olduğunu bildirdi. O təklif etdi ki, yaxın vaxtlarda yüksək vəzifəli şəxslərin rəhbərliyi ilə hər iki ölkə bir-birinə nümayəndə heyətləri göndərsin.

Baş nazir iki ölkə arasında informasiya mübadiləsinə də ehtiyac olduğunu bildirdi. Onun fikrincə, İslam dünyasının nüfuzunu qaldırmaq üçün güclü dövlətlər yaradılmalı və bu ölkələrin iqtisadiyyatı inkişaf etdirilməlidir. O dedi ki, biz Azərbaycanın böyük neft və qaz ölkəsi olduğunu bilirik, ona görə də Sizinlə bu sahədə əməkdaşlıq etmək istəyirik. Baş nazirin fikrincə, ölkələrimiz arasında ticarət əlaqələrinin yaradılması üçün də geniş imkanlar vardır. Mahadi Mühəmməd dedi ki, biz istərdik Sizin ölkəniz Malayziyanın iqtisadi islahatlar modeli ilə yaxından tanış olsun. Bu model sizin üçün də faydalı ola bilər.

YASİR ƏRƏFAT HEYDƏR ƏLİYEV İLƏ

GÖRÜŞÜNƏ ÇOX SEVİNDİ

Fələstin rəhbəri Yasir Ərəfat Azərbaycan Prezidentini qucaqlayaraq toplantıdakı parlaq çıxışı münasibətilə onu təbrik etdi. O, Prezident Heydər Əliyevi diqqətlə dinlədiyini söylədi və onun Azərbaycana rəhbərliyə qayıtmasından çox sevindiyini bildirdi. Yasir Ərəfat Heydər Əliyevin bütün fəaliyyətini diqqətlə izlədiyini xüsusi vurğuladı. Fələstin dövlətinin başçısı 1970-ci illərin sonu - 1980-ci illərin əvvəlində bir neçə dəfə Azərbaycanda Heydər Əliyevin qonağı olduğunu xoş bir xatirə kimi xatırlayaraq, o görüşləri heç vaxt unutmadığını söylədi.

Azərbaycan Prezidenti Fələstin dövləti ilə respublikamız arasında münasibətlər yaradılması üçün yaxşı əsas olduğunu qeyd etdi. Heydər Əliyev Fələstin xalqının vəziyyəti barədə ətraflı məlumatı olduğunu bildirdi və Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qalması barədə Yasir Ərəfata söhbət açdı. O dedi ki, bu təcavüz nəticəsində Dağlıq Qarabağ regionu və onun hüdudlarından kənarda yerləşən daha yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bu torpaqlarda yaşayan 1 milyondan çox azərbaycanlı isə qaçqına çevrilərək ağır vəziyyətdə çadırlarda yaşayır.

DAHA BİR FAYDALI GÖRÜŞ

Dekabrın 14-də iclaslararası fasilə zamanı Azərbaycan dövlətinin başçısı Maldiv adalarının Prezidenti Məmun Abdul Qəyyum ilə görüşdü. Bu görüş tanışlıq xarakteri daşıyırdı. Heydər Əliyev ölkələrimiz arasında əlaqələr qurulması üçün bu görüşün əhəmiyyətini xüsusi vurğulayaraq, Azərbaycanın coğrafi-siyasi vəziyyətindən, müasir ictimai-iqtisadi durumundan söhbət açdı. Daha sonra Heydər Əliyev Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın bir qisminin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox müsəlmanın qaçqın düşdüyünü və onların indi, qışın soyuğunda çadırlarda əzab-əziyyət içərisində yaşadığını söylədi. O bildirdi ki, hazırda qaçqınların ərzaq məhsullarına, ən adi gündəlik tələbat mallarına və ümumiyyətlə humanitar yardıma çox böyük ehtiyacı vardır.

Maldiv adalarının Prezidenti Azərbaycan rəhbəri ilə görüşündən böyük şərəf duyduğunu və məmnun qaldığını bildirərək, Heydər Əliyevin tərcümeyi-halına yaxşı bələd olduğunu, onun siyasi həyatını yaxşı izlədiyini söylədi. Məmun Abdul Qəyyum dedi ki, o, Ermənistanın Azərbaycana təcavüzündən xəbərdardır. Lakin azərbaycanlı müsəlman bacı və qardaşlarımızın belə ağır vəziyyətdə yaşaması barədə onun dəqiq məlumatı yox idi. O, məlumat üçün təşəkkürünü bildirdi və dedi ki, onun ölkəsi azərbaycanlı qaçqınların vəziyyətinin yüngülləşməsi üçün lazımi yardım göstərəcəkdir. Sonra o, Azərbaycan Prezidentini öz ölkəsinə rəsmi səfərə dəvət etdi.

Hər iki Prezident beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın mühüm olduğunu vurğuladılar və ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı zəmin yarandığını bildirdilər.

Azərbaycan Prezidenti Heydər Əliyev Məmun Abdul Qəyyumu ölkəmizə rəsmi səfərə dəvət etdi.

BƏNAZİR BHUTTO AZƏRBAYCANIN HAQQ

İŞİNİN QALİB GƏLƏCƏYİNƏ İNANIR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dekabrın 14-də iclas salonunda Pakistanın Baş naziri Bənəzir Bhutto ilə görüşdü. Səmimilik və dostluq şəraitində keçən görüş zamanı ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı.

Baş nazir Bənəzir Bhutto Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışını diqqətlə dinlədiyini və onu bəyəndiyini bildirdi. O dedi ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində altı ildən bəri davam edən müharibədə Pakistan daim Azərbaycanı dəstəkləmişdir. Bənəzir Bhutto dedi ki, o, Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını yaxşı bilir və Azərbaycan bu mübarizədə qalib gələcəkdir. Baş nazir onun ölkəsinin Azərbaycana bundan sonra da daim siyasi dəstək verəcəyini vurğuladı.

Heydər Əliyev həm İslam Konfransı Təşkilatı daxilində, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində Pakistanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini söylədi. Onun fikrincə, bu əməkdaşlıq daha da inkişaf etdirilməli və gücləndirilməlidir. Heydər Əliyev dedi ki, müstəqilliyini yenicə əldə edən, təcavüzə məruz qalan, müharibə ilə əlaqədar dərin böhran vəziyyəti keçirən gənc Azərbaycan Respublikasının böyük və nüfuzlu dövlət olan Pakistanın dəstəyinə həmişə ehtiyacı vardır.

Ölkəmizin rəhbəri müharibənin sülh yolu ilə başa çatdırılması üçün Azərbaycanın BMT, ATƏM çərçivəsində apardığı işlərdən də bəhs etdi və dedi ki, biz bu münaqişənin yalnız beynəlxalq təşkilatların iştirakı ilə həll olunmasına üstünlük veririk.

SƏUDİYYƏ ƏRƏBİSTANI İLƏ ƏLAQƏLƏR

GENİŞLƏNDİRİLƏCƏK

Səudiyyə Ərəbistanının Kralı Fəhd ibn Əbdül Əzizin qardaşı Əbdül Əziz ölkədə dövlət başçısından sonra ikinci şəxs hesab olunur. Azərbaycan Prezidenti Heydər Əliyevin Əbdül Əziz ilə görüşü də çox maraqlı və yaddaqalan oldu. Görüş zamanı tərəflər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi apardılar. Azərbaycan Prezidenti dövlət başçısı əlahəzrət Fəhdə onun salamlarını, hörmət və ehtiramını çatdırmağı Əbdül Əzizdən xahiş etdi.

Əbdül Əziz Prezident Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfərini məmnuniyyətlə xatırladığını bildirərək, bu səfərin ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığını söylədi.

Heydər Əliyev Səudiyyə Ərəbistanının Azərbaycanda səfirliyinin açılmasının vacibliyini vurğulayaraq, bu məqsədlə konkret tədbir görülməsini xahiş etdi. O dedi ki, səfirliyin açılması ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi ilə bərabər, Azərbaycanın bütün İslam dünyası və islam təşkilatları ilə daha sıx əlaqələr saxlaması üçün əhəmiyyət kəsb edir.

AZƏRBAYCAN PREZİDENTİNƏ BÖYÜK EHTİRAM

İKT-nin üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə toplantısında katibliyin və bir sıra dövlətlərin təşkili ilə Azərbaycan Prezidenti Heydər Əliyev Asiya dövlətləri adından yekun təbrik nitqi söylədi. Jurnalistləri iclas salonuna buraxmasalar da, biz - bir çox ölkələrin mətbuat işçiləri dünyanın görkəmli siyasi xadimi Heydər Əliyevin yekun nitqini böyük səbirsizliklə gözləyirdik. Biz yaxşı başa düşürdük ki, bu, Azərbaycan xalqına göstərilən böyük etimaddır. Bu, həm də o demək idi ki, 52 islam dövləti arasında Heydər Əliyevin dərin nüfuzu, özünəməxsus yeri var.

Nəhayət, Prezidentimiz öz yekun nitqinə başladı.

Bütün salon bu nitqi diqqətlə dinlədi və gurultulu alqışlarla qarşıladı.

Zirvə toplantısı başa çatdıqdan sonra jurnalistlər Heydər Əliyevə yaxınlaşdılar. O dedi: Mən Asiya dövlətləri adından Zirvə toplantısının yekunu münasibətilə sözlərimi dedim. Hesab edirəm ki, bu, Azərbaycan Respublikasına, xalqımıza göstərilən diqqət və hörmətdir. Mən bunu belə qəbul edirəm. Çox məmnunam ki, belə bir imkan yarandı və mən Asiya dövlətləri adından burada çıxış etdim.

Zirvə toplantısının yekunlarından bəhs edən Azərbaycan rəhbəri dedi ki, burada çox böyük ciddi qətnamələr qəbul olundu. O cümlədən Azərbaycan ilə əlaqədar üç qətnamə qəbul edildi; birincisi, Ermənistanın Azərbaycana təcavüzünün pislənməsi, ikincisi, Azərbaycanın düşdüyü ağır vəziyyətlə əlaqədar İKT-nin və onun üzvü olan dövlətlərin respublikamıza iqtisadi və humanitar yardımı haqqındadır, üçüncüsü isə yekun bəyannaməsində Ermənistanın Azərbaycana təcavüzü haqqında geniş bir bölmə var. Həmin bölmədə bu təcavüzün Azərbaycana nə qədər zərbə vurduğu, insanları həyatından məhrum etdiyi, ərazimizin dağıldığı geniş əks olunmuşdur. Burada eyni zamanda tələb olunur ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpağını qeyd-şərtsiz tərk etsin. O cümlədən Şuşa və Laçın rayonlarının azad olunması məsələsi də oraya salınıbdır. Bunlar hamısı bizim üçün çox əhəmiyyətlidir.

Heydər Əliyev daha sonra dedi ki, bu toplantıda bütün islam aləminə aid olan qaynar nöqtələrlə əlaqədar bir çox qətnamələr qəbul edildi. Yekun bəyannaməsi də çox böyükdür, çoxbölməlidir. Orada bütün məsələlər öz əksini tapmışdır. Ona görə də mən şübhə etmirəm ki, bu, bütün dünyada böyük əks-səda doğuracaq, dünya siyasətinə bunun məyyən təsiri olacaqdır.

Dövlətimizin başçısı axırda dedi: Zirvə toplantısı başa çatdıqdan sonra Mərakeş Kralı II Həsənlə görüşüm oldu. Biz toplantının yekunları, eyni zamanda Mərakeşlə Azərbaycan arasında ikitərəfli əlaqələr barədə söhbət etdik. Kral II Həsən məni Mərakeşə rəsmi səfərə dəvət etdi. Qeyd etdi ki, bu səfərin Ramazan ayı başa çatandan sonra həyata keçirilməsini çox arzu edərdi. O bildirdi ki, bu səfər Azərbaycanla Mərakeşin əlaqələrinin inkişaf etdirilməsi üçün çox lazımdır. Bir çox problemlər var və onları müzakirə etmək vacibdir. Mən bu təklifi məmnuniyyətlə qəbul etdim və dedim ki, bu dəvətdən mütləq istifadə edəcəyəm.

Eyni zamanda mən Mərakeş Kralını Azərbaycana rəsmi səfərə dəvət etdim. Bildirdim ki, Azərbaycan ilə onun tanışlığı bizim islam aləmində problemlərin həll olunmasına çox kömək edəcəkdir. O da mənim təklifimi məmnuniyyətlə qəbul etdi və dedi ki, çalışacaq dəvətimi mütləq qəbul edərək Azərbaycana səfər etsin.

X X X
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər dekabrın 16-da Mərakeşdən Vətənə yola düşdülər. Bu münasibətlə Kasablankanın beynəlxalq hava limanında rəsmi yolasalma mərasimi keçirildi.

Heydər Əliyev Bakıya qayıdarkən yolüstü İstanbulun Atatürk hava limanında dayandı, burada Türkiyə və Azərbaycan jurnalistləri ilə görüşüb söhbət etdi.  

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq

Voleybol üzrə Azərbaycan Kubokunun püşkü atılıb

Naxçıvan “GreenFest”ə hazırlaşır

TƏBİB: Cari ilin ilk 9 ayında 62 milyona yaxın tibbi xidmət göstərilib

Zaqatalada “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək

Boztəpə kanalının yenidən qurulması nəticəsində 9775 hektar sahənin suvarma suyu ilə təminatı yaxşılaşıb

FIBA Avropa Kuboku: "Sabah" bu gün Belçika klubu ilə qarşılaşacaq

Türkiyədə Qədim Roma dövrünə aid hərbi istehkam tapılıb

Bu gün Ümumdünya Poçt Günüdür

Azərbaycanda voleybol üzrə I Liqa yaradılacaq

Azərbaycanda “Halal” sertifikatının təqdim edilməsinə başlanılır

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb VİDEO

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xilasedicilər ötən gün 1-i azyaşlı olmaqla, 6 nəfəri xilas ediblər VİDEO

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb

Məsut Özil Bakıya gəlir

Xəzər rayonunun bir hissəsində elektrik enerjisi olmayacaq

Dünya çempionatı: Azərbaycan minifutbol millisi Çexiyanı sınağa çəkəcək

BDU “THE World University Rankings 2025” nəticələrinə görə ölkədə liderdir

“Gözlədik ki, hava qaralsın, yuxarı qalxaq...” – “Hadrut əməliyyatı”nın iştirakçıları danışır

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib VİDEO

Bakıda minik avtomobili yanıb

Balakəndə narkotik təsiri altında avtomobil idarə edənlər məsuliyyətə cəlb olunublar

ADNSU dünya universitetlərinin reytinq siyahısında yer alıb

İnsan Hüquqlarının Müdafiəsi adı ilə siyasi riyakarlıq - ŞƏRH

Oğuzda yol qəzası zamanı avtomobil çökəkliyə aşıb, xəsarət alan var

KXDR Cənubi Koreya ilə bütün nəqliyyat xətlərini sökməyə başlayıb

Alimlər ölmüş orqanizm hüceyrələrinin ölümdən sonra da fəaliyyət göstərə biləcəyini aşkarlayıblar

Dünyanın “qırmızı mirvarisi” beyni inkişaf etdirir, yaddaşı gücləndirir

Avropa İttifaqı Gürcüstana maliyyə yardımını dayandırır

Ərdoğan: Türkiyə elmi nəşrlərin sayına görə TOP-10 ölkələr sırasına daxil olmağa çalışır

Ramiz Rövşən: “Nəfəs” mənim varlığımın ifadəsidir

Bakıda təkər tullantıları yığılmış yerdə yanğın olub

Kosovoda Serbiya məhsullarının idxalına qoyulan qadağa ləğv olunub

Harris: Baydenin yerinə prezident olsam, ondan fərqli heç nə etmərəm

Tbilisinin mərkəzindəki çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Prezident İlham Əliyev Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verib VİDEO

Salyanda avtomobil su kanalına düşüb, sürücü ölüb

Külək Goranboyda fəsadlar törədib

Cəlilabadda avtomobil körpüdən çaya düşüb, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Dünya çempionatı: Azərbaycanın minifutbol millisi Hindistanı darmadağın edib

Cozef Bayden “Milton” qasırğasına görə xarici səfərlərini təxirə salıb

Prezident İlham Əliyev: Nankorluq ABŞ-ın Azərbaycana qarşı sanksiyaları kontekstində onunla bağlı istifadə olunacaq ən sərt söz deyil

Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik VİDEO

Azərbaycanlı gənclər ATƏT-in tədbirində erməni iddialarını ifşa ediblər

UNESCO: Azərbaycanın COP29-a sədrliyi çərçivəsində C4C adlı təşəbbüsünə həsr edilmiş konfrans olub VİDEO

Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçıları dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub

Ekspert: COP29-un Azərbaycana həvalə edilməsi çox böyük uğurdur VİDEO

Moskvada MDB dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub

Ersin Tatar “TEKNOFEST-2025” festivalının ŞKTC-də keçirilməsi qərarını alqışlayıb

Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər təhlil olunub

İyun-sentyabr aylarında Radiotezliklər üzrə Dövlət Komissiyası 17 müraciəti müsbət cavablandırıb

“Azərişıq” Tovuzda sahibkarlarla görüşüb

X Bakı Beynəlxalq Kitab Sərgisinin mükafatlandırma və bağlanış mərasimi keçirilib

Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4 VİDEO

BDU-da buğda genotiplərinə dair araşdırma aparılır

Biləsuvarda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Ernesto Ottone: Bakıda keçiriləcək COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir VİDEO

X Bakı Beynəlxalq Kitab Sərgisinin Təşkilat Komitəsi AZƏRTAC-a iki sertifikat təqdim edib

ABŞ mediasında “Azərbaycan ədalətli sülh istəyir. Dünya buna icazə verəcəkmi?” adlı məqalə dərc olunub

Antonio Abrö: COP29 dünya ictimaiyyətini səfərbər edəcək qərarların verilməsi baxımından həlledici hadisə olacaq VİDEO

Azərbaycan endemik bitkilərin siyahısına yeni növ əlavə edilib

Petre Mamradze: Bəzi Qərb ölkələri Cənubi Qafqazda xaos və qarşıdurma yaratmaq istəyirlər

Peskov Moskvada Zəngəzur dəhlizi məsələsinin müzakirə olunduğunu istisna etməyib

ABŞ-ın riyakar və ikiüzlü siyasəti regionda sülhə təhdiddir ŞƏRH

Azərbaycanın və Belarusun media subyektləri arasında əməkdaşlıq genişləndirilə bilər

Türkiyənin səhiyyə naziri: Birlikdə hərəkət etdikcə daha güclü olacağıq

İtaliya jurnalı COP29-un əhəmiyyətindən yazıb

Azərbaycan qılıncoynadanı İsveçdə qızıl medal qazanıb

Rusiya-Gürcüstan danışıqlarının 62-ci raundu noyabrın əvvəlinə planlaşdırılıb

® “Unibank”ın “Əjdaha” lotereyasının yeni qaliblərinə hədiyyələr təqdim olunub

Prezident İlham Əliyev: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir

İdxal olunan suxarı məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

Azərbaycanın yunan-Roma güləşçisi Qazaxıstanda bürünc medal qazanıb

Aydın Səfixanlı: Azərbaycanlıların Ermənistandan zorla qovulması beynəlxalq konvensiyalara ziddir VİDEO

Nazir Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Prezidenti: Belarusun təcrübəsi III MDB Oyunlarının keçirilməsində bizim üçün çox faydalı olacaq

BDU-nun Prezident təqaüdçüləri: Məqsədimiz Vətənimizə layiq hüquqşünas olmaqdır

Prezident: 200-ə yaxın ölkənin COP29-un Bakıda keçirilməsi haqqında yekdil qərarı bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlamətidir

Prezident İlham Əliyev: Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib

® “AccessBank”dan yüksək gəlirli 12 faizlik əmanət fürsəti!

Berlində Xalq rəssamı Əşrəf Heybətin “Türk dünyası” adlı sərgisi açılıb

“Üç sehrli inci” kitabının və eyniadlı tamaşanın təqdimatı olub

Səbail rayonu ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Sürəyya Ufak: Dahi şəxsiyyətlər barədə məlumatlar uşaqların anlayacağı səviyyədə təqdim olunur

Bakıda fəaliyyət göstərən ictimai iaşə obyektində normativ tələblərin pozulduğu müəyyən edilib

Azərbaycan millisi Estoniya və Slovakiya ilə oyunların hazırlığına başlayıb

Yens Stoltenberq Münxen Təhlükəsizlik Konfransının sədri olacaq

Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib

DİM: 5 dövlət orqanında 8 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

ABŞ-da beynəlxalq simpoziumda Azərbaycanın dini tolerantlıq və dialoq mühitindən danışılıb

İspaniya klubu baş məşqçisini istefaya göndərib

® “Misli”dən voleybola böyük dəstək – AVF ilə müqavilə imzalanıb

İngiltərə klubunun futbolçusu kuryoz zədə alıb