Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

1991-ci il oktyabrın 18-i Azərbaycan dövlətçiliyinin salnaməsində mühüm tarixə çevrildi. Məhz həmin gün Azərbaycan xalqı gələcək suveren inkişafı ilə bağlı öz seçimini etdi.

Ötən illər ərzində Azərbaycan dünyada layiqli yerini tutub, beynəlxalq münasibətlərin öz xarici siyasətini ardıcıl olaraq müstəqil şəkildə həyata keçirən fəal subyektinə çevrilib.

Sizin rəhbərliyinizlə iqtisadi, sosial və ictimai-siyasi sahələrdə həyata keçirilən islahatlar ölkənin gələcək inkişafına və onun əhalisinin rifahının yüksəlməsinə xidmət edir.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah və çoxşaxəli dövlətçilik fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram.

Dərin hörmətlə,

 

Sergey Lebedev

Müstəqil Dövlətlər Birliyinin Baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin