RƏSMİ SƏNƏDLƏR
“MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİNİN İŞTİRAKÇISI OLAN DÖVLƏTLƏRİN GÖMRÜK XİDMƏTİ RƏHBƏRLƏRİ ŞURASI HAQQINDA” ƏSASNAMƏDƏ DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ” QƏRARIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurası haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə” 2008-ci il mayın 23-də Minsk şəhərində imzalanmış Qərar təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2009-cu il.