Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİNİN İŞTİRAKÇISI OLAN DÖVLƏTLƏRİN GÖMRÜK XİDMƏTİ RƏHBƏRLƏRİ ŞURASI HAQQINDA” ƏSASNAMƏNİN YENİ REDAKSİYASI BARƏDƏ” QƏRARIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurası haqqında” Əsasnamənin yeni redaksiyası barədə” 2002-ci il mayın 30-da Moskva şəhərində imzalanmış Qərar Azərbaycan Respublikasının ona dair xüsusi rəyi ilə təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 aprel 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin