DÜNYA
Müstəqillik referendumu keçirmək barədə Şotlandiya Parlamenti tərəfindən qanun qəbul etmək məsələsinə oktyabrda baxılacaq
London, 21 iyul, AZƏRTAC
Ali Məhkəmə Şotlandiya Parlamentinin müstəqillik referendumu keçirmək üçün qanun qəbulu məsələsinə oktyabrda baxacaq.
AZƏRTAC xəbər verir ki, Ali Məhkəmə müstəqillik referendumu üçün qanun qəbul etməyə icazə verə biləcək əsas arqumentlərə oktyabrın 11 və 12-də Londonda baxacaq.
Şotlandiya hökuməti hakimlərdən Vestminsterin dəstəyi olmadan səsvermə üçün qanun qəbul etmələrini istəyir.
Lakin Böyük Britaniya hüquq məmurları bunun vaxtından əvvəl olduğunu iddia edir və işin heç bir hökm olmadan ləğv edilməsini istəyirlər.
İş üzrə panel sentyabrın sonunda elan olunacaq.
Xatırladaq ki, Şotlandiyanın birinci naziri Nikola Stercen 2023-cü il oktyabrın 19-da müstəqillik referendumu keçirməyi planlaşdırdığını açıqlamışdı. Stercen Baş nazir Boris Consona məktub yazaraq referendumun keçirilməsi üçün ondan rəsmi razılıq alacağını, təkliflərinin qəbul edilmədiyi təqdirdə planla bağlı qətiyyətlə hərəkət edəcəklərini bildirmişdi.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]