Müstəqilliyə gedən yol necə başladı? VİDEO
Bakı, 17 noyabr, AZƏRTAC
Bəzən bir hadisə bütöv bir xalqın taleyini dəyişir. 1988-ci il noyabrın 17-də Azadlıq meydanında başlanan xalq hərəkatı müstəqilliyə gedən yolda dönüş nöqtəsi oldu. Sovet rəhbərliyinin narahatlığı ilə dekabrın 3-dən 4-nə keçən gecə meydana qoşun yeridilsə də, bu sərt müdaxilə xalqın azadlıq iradəsini qıra bilmədi. Milli azadlıq hərəkatı dövlətçilik rəmzlərinin bərpası ilə də tarixə düşdü. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə tarixi qərar qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı dövlət bayrağı kimi təsdiqləndi.
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [18:47]
Asan yol, yoxsa sağlamlıq riski? VİDEO
- 17.11.2026 [18:31]
İşəgötürənlərin gender bərabərliyinin təmin olunmasında rolu müzakirə edilib
- 17.11.2026 [18:19]