MÜXALİFƏT PENSİYAYA ÇIXIR
Seçkilərin nəticələri ilkin sosioloji tədqiqatların nəticələrinə uyğundur. Müxtəlif yönümlü müxalif qüvvələri əhalinin altıda bir hissəsi dəstəkləsə də, onlar da ölkə rəhbərliyi ilə “qızğın” münaqişəyə girmək niyyətində deyillər.
Bəzi vəzifəli şəxslərin həbsindən sonra İlham Əliyevə qarşı çıxan qüvvələrin maliyyə çətinlikləri və təşkilati problemlərlə üzləşdiyi aydın görünür. Əgər bölgələrdən adamları gətirmək mümkün olmasa, - hazırda bunu etmək çox çətindir, - noyabrın 9-na təyin edilmiş mitinqə 1,5-2 min iştirakçı yığılacaqdır. Müxalifət dinc nümayişlə kifayətlənməsə, polislə hər hansı toqquşma yarım saat ərzində yatırılacaqdır. İndi Azərbaycanda küçə döyüşü həvəskarları çox azdır, üstəlik, buna heç səbəb də yoxdur. Dünya birliyi Azərbaycanda seçkilərin nəticələrindən razıdır. Hətta ATƏT missiyası seçki prosedurunun düzgün aparılmadığını bildirsə də, onun nəticələrini qəbul etmişdir. Müxtəlif beynəlxalq müşahidəçilər qruplarının aşkar etdiyi pozuntuların əksəriyyəti MSK tərəfindən nəzərə alınmışdır. Hər halda, Azərbaycanda seçkilərin nəticələri - İlham Əliyev xəttinin qələbəsi göz qabağındadır.