Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Muxtar respublikada aqrar sahə uğurla inkişaf edir

Naxçıvan, 1 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, kənd təsərrüfatı sahəsində aparılmış islahatlar bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafı üçün geniş imkanlar açıb. 2000-ci ildə muxtar respublikada torpaq islahatı başa çatdırılıb, 72 min 758 ailəyə 56 min 372 hektar torpaq sahəsi verilib. Bundan sonra kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaradılıb, bol məhsul istehsalının əsası qoyulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət proqramları, Tədbirlər planları muxtar respublikada aqrar sahənin inkişafına mühüm təkan verib, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə uğurlu nəticələr qazanılıb.

Prezident İlham Əliyev deyib: “Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük dövlət dəstəyi var - subsidiyalar verilir, fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Texnikalar alınır, güzəştli şərtlərlə kreditlər verilir. Hazırda kənd təsərrüfatında böyük islahatlar aparılır, subsidiyaların verilməsi mexanizmi təkmilləşir, fermerlər üçün daha aydın, daha rahat mexanizm tətbiq olunur”.

Muxtar respublikada 2022-ci ilin məhsulu üçün 64 min 259 hektar sahədə əkin aparılıb

Muxtar respublikada əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin inkişafını şərtləndirir. Fermerlərə taxıl əkinlərinə görə subsidiyaların verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnika və gübrələrin satılması əkinçiliyin inkişafında yeni istiqamətlər açıb, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olub. 2022-ci ilin məhsulu üçün muxtar respublikada 64 min 259 hektar sahədə əkin aparılıb. Cari ilin 9 ayı ərzində muxtar respublikada 109 min 880 ton dənli və dənli-paxlalı, 7 min 40,4 ton dən üçün qarğıdalı, 351,7 ton dən üçün günəbaxan, 100,5 ton tütün, 77 min 746 ton tərəvəz, 54 min 998 ton kartof, 33 min 789 ton bostan məhsulları, 41 min 806 ton meyvə, 10 min 271,6 ton üzüm istehsal olunub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə kartof istehsalı 0,6, tütün istehsalı 40 faiz çox olub. Bir neçə məhsul növü üzrə yığım hazırda davam etdirilir.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsi məqsədilə meyvəçiliyin inkişafı ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Son illər əkinçilik üçün yararlı olmayan torpaq sahələrində iməciliklər yolu ilə salınan yeni meyvə bağları muxtar respublikanın yaşıl örtüyünü zənginləşdirməklə yanaşı, həm də əhalinin meyvə məhsullarına olan tələbatının ödənilməsi üçün geniş imkanlar açır. Hər il bu meyvə bağlarından tonlarla məhsul yığılır. Yeni və ənənəvi meyvə sortlarından ibarət bağların salınması da davam etdirilir.

Meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması diqqətdə saxlanılır

Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təchizatı əkinçiliyin inkişafını təmin edən əsas amillərdəndir. Buna görə də muxtar respublikada irriqasiya sistemləri daim yenilənir, qapalı suvarma şəbəkələri qurulur, meliorasiya tədbirləri həyata keçirilir. Bu da torpaqların su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. Cari ilin ötən dövründə meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması diqqətdə saxlanılıb, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi başa çatdırılıb, Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Babək rayonunun Çeşməbasar və Güznüt kəndləri ərazisində qapalı suvarma və kollektor-drenaj şəbəkələrinin, Nehrəm qəsəbəsi, Şahbuz rayonunun Külüs, Mahmudoba, Nursu kəndləri ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib.

Bu ilin ötən dövründə 38 heyvandarlıq təsərrüfatı yaradılıb, 28 heyvandarlıq təsərrüfatı genişləndirilib

Yüksəkkeyfiyyətli qida məhsullarının, xüsusilə süd və ət məhsullarının istehsalı məqsədilə heyvandarlığın inkişafı diqqətdə saxlanılır. Əsasən, heyvandarlığın ətlik-südlük istiqaməti inkişaf etdirilir. Bunlar da muxtar respublikada mal-qaranın baş sayının artırılmasına və əsas növ heyvandarlıq məhsullarının istehsalının çoxalmasına imkan yaradır. “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın da əsas məqsədlərindən biri heyvan mənşəli qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində məhsulların təhlükəsizliyinin təmin edilməsidir. Hazırda muxtar respublikada iribuynuzlu mal-qaranın baş sayı 127 min 184-ə, xırdabuynuzlu heyvanların sayı isə 784 min 935-ə çatdırılıb ki, bu da bu il oktyabrın 1-nə olan göstəriciləri müvafiq olaraq 1,4 və 1,8 faiz üstələyib.

Cari ilin ötən dövründə 38 heyvandarlıq təsərrüfatının yaradılması, 28 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 12 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq kompleksinin yenidən qurulması, 10 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. 1 quşçuluq təsərrüfatı yaradılıb, 1 quşçuluq təsərrüfatının isə yenidən qurulması işləri davam etdirilir. Bank və kredit təşkilatları tərəfindən kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 14 milyon 234 min 900 manat güzəştli kredit verilib. Bunun da 11 milyon 762 min 200 manatı heyvandarlığın inkişafı üçün ayrılıb ki, bu da bir il öncəki göstəricilərdən 6,9 faiz çoxdur.

Süni mayalandırma tədbirləri heyvandarlığın inkişafın öz töhfəsini verir

Əhalini sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün Dövlət Baytarlıq Xidməti tərəfindən də tədbirlər həyata keçirilir. Bu məqsədlə həyata keçirilən sistemli tədbirlər nəticəsində qida məhsullarının, xüsusilə ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması, heyvan mənşəli xəstəliklərə qarşı baytarlıq tədbirlərinin vaxtında aparılması prosesləri uğurla davam etdirilir. Heyvandarlığın inkişafında əsas amillərdən biri də heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalandırma tədbirlərinə üstünlük verilməsidir. Bu iş muxtar respublikada daim diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılıb və mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Babək rayonu ərazisində yeni süni mayalandırma mərkəzinin tikilib istifadəyə verilməsi və baytar mütəxəssislərin süni mayalandırma avadanlıqları ilə təmin olunması heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində daha geniş imkanlar açıb. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu il heyvandarlıq təsərrüfatlarında süni yolla 9 min 759 baş inək, düyə və camış mayalandırılıb. Əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 11 min 820 baş sağlam bala alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 və 4,9 faiz çox olub.

Əhalinin balıq əti ilə təmin olunması istiqamətində də əsaslı işlər görülüb. Hazırda muxtar respublikada balıq yetişdirilməsi ilə bağlı 16 təsərrüfat fəaliyyət göstərir. Görülmüş işlərin nəticəsidir ki, 2022-ci ilin 9 ayı ərzində diri çəkidə ət istehsalı 21 min 512,5 ton, süd istehsalı 75 min 794,5 ton, yun istehsalı 935,9 ton, yumurta istehsalı isə 92 milyon 430 min ədəd olub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,9 faiz, süd istehsalı 1,4 faiz, yun istehsalı 1,2 faiz, yumurta istehsalı isə 3,4 faiz çox olmuşdur.

Arı ailələrinin sayı 100 mini ötüb

Muxtar respublikada arıçılığın inkişafı diqqətdə saxlanılıb, arı ailələrinin sayı 100 min 86-ya çatdırılıb, bu sahə üzrə qəbul olunan Dövlət Proqramının icrası istiqamətində işlər davam etdirilib. 2022-ci ilin 9 ayında 1 damazlıq ana arı yetişdirmə təsərrüfatının və 9 arıçılıq təsərrüfatının yaradılması, 5 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 3 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Təsərrüfat subyektlərinə 2022-ci ilin yanvar-sentyabr aylarında 547 min 200 manat kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çoxdur. Təsərrüfat sahiblərinin istehsal etdikləri balın satışı üçün şəraitin yaradılması və ənənəvi olaraq “Arıçılıq məhsulları-bal festivalı”nın keçirilməsi arı ailələrinin çoxaldılmasına, bal istehsalının artmasına və bu sahədə sahibkarlığın inkişafına stimul olub.

Ötən dövrdə muxtar respublikaya 3546 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilib

Kənd təsərrüfatının bitkiçilik sahəsində əldə olunan uğurlarda sahibkarların müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunmasının böyük rolu vardır. Hazırda muxtar respublikada sahibkarlara aqroservis xidməti “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayonlarda olan kənd təsərrüfatı maşın və aqreqatları ilə yanaşı, həm də şəxsi texnikalar vasitəsilə həyata keçirilir. Ötən dövrdə cəmiyyətin xətti ilə 3546 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilib, onlardan 2673-ü nağd hesablaşma və lizinq yolu ilə sahibkarlara satılıb. Alınmış texnika və aqreqatların 144-ü cari ilin 9 ayında gətirilib. Mövcud texnikalar kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirləri keyfiyyətlə həyata keçirməyə imkan verir. Fermerlərə lizinq yolu ilə müasir tələblərə cavab verən yeni kənd təsərrüfatı texnikalarının alınıb icarəyə verilməsi ilə bağlı güzəştlərin tətbiqi isə bu sahədə fəaliyyətin səmərəli təşkilinə hesablanıb.

Əkinçilikdə məhsuldarlığın yüksəldilməsi üçün vacib amillərdən biri torpaqların qida maddələri ilə təminolunma dərəcəsinin müəyyən edilməsidir. Bu məqsədlə əkindən əvvəl müvafiq qaydalara uyğun olaraq götürülmüş torpaq nümunələri laboratoriya analizindən keçirilməlidir. Bu istiqamətdə də muxtar respublikada mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələri olan “Araz” Elm-İstehsalat Birliyi, Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsində yaradılan yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarda əkin sahələrindən götürülmüş torpaq nümunələri və toxum materialları analiz edilir. Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Sahibkarlara elit, I və II reproduksiyalı buğda və arpa toxumlarının satışının təşkili, eləcə də 70 faiz güzəştli şərtlərlə mineral gübrələrin verilməsi təmin olunur. Ötən dövrdə məhsul istehsalçıları 13012,8 ton mineral gübrə ilə təmin olunub. İstehsal olunan I və II reproduksiyalı toxumların satışına görə dövlət tərəfindən subsidiyaların ödənilməsi, eləcə də əkin sahəsinin hər hektarına fermerlərə 63 manat yardım verilməsi taxıl istehsalına marağı daha da artırıb.

Naxçıvanda 50 soyuducu anbar və 38 istixana kompleksi fəaliyyət göstərir

Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. İritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarı keyfiyyətli yerli meyvə-tərəvəz məhsulları ilə təmin etməyə imkan verir. Hazırda muxtar respublikada ümumi tutumu 21 min 400 ton olan 50 soyuducu anbar və sahəsi 146 min 629 kvadratmetr olan 38 istixana kompleksi fəaliyyət göstərir. Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsi istiqamətində əlavə tədbirlər də görülür, istehsal olunan malların satışı üçün hərtərəfli şərait yaradılır.

Kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması və istehsal olunan məhsulların ixrac potensialının artırılması ilə kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması məqsədilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilib. Artan tələbatın qarşılanmasında, istehlak sahəsində əlçatanlığın təmin olunmasında istehsal anlayışı müstəsna əhəmiyyətə malikdir. Məhz bu baxımdan təsdiq olunan Dövlət Proqramının böyük əhəmiyyəti vardır. Artıq bir neçə ildir ki, istehsalçıların istehsal etdikləri məhsulların satışını təmin etmək üçün kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları təşkil edilir. Bütün bunlar əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında həlledici rol oynayır. Etibarlı ərzaq təminatının yaradılması hesabına ixrac potensialı da artırılıb. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, cari ilin ötən dövründə muxtar respublikada 431 milyon 347 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.

Aqrar sahənin inkişafı ailə təsərrüfatlarının fəaliyyəti üçün də geniş imkanlar açır

Aqrar sahənin inkişafı muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyəti üçün də geniş imkanlar açır. İstər məhsul istehsalı və satışı üçün yaradılan şərait, istərsə də texnika təminatı və dövlət maliyyə dəstəyinin göstərilməsi ailə təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olub. Bu gün muxtar respublikada ailə təsərrüfatlarının əksər hissəsinin aqrar sahə üzrə ixtisaslaşması daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına öz töhfəsini verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi kiçik və orta sahibkarlığın inkişafına, ən əsası isə özünüməşğulluğun təmin olunmasına və yerli istehsalın artmasına şərait yaratmışdır”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda yeni körpələr evi - uşaq bağçası inşa edib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib VİDEO

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY