Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Muxtar respublikada dövlət ailə siyasəti uğurla həyata keçirilir

Muxtar respublikada dövlət ailə siyasəti uğurla həyata keçirilir

Naxçıvan, 15 may, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə dünya ictimaiyyətinin diqqətini ailələrin çoxsaylı problemlərinin həllinə yönəltmək məqsədilə hər il mayın 15-i Beynəlxalq Ailə Günü kimi qeyd olunur.

Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Muxtar respublikada yaşayan ailələrin daha da möhkəmləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, ailələrin məşğulluqlarının təmin olunması, sağlamlıqlarının qorunması istiqamətində mühüm tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, bu gün Naxçıvan Muxtar Respublikasında 97 min 41 ailə yaşayır. Bunlardan 461-i aztəminatlı, 1353-ü qaçqın və məcburi köçkün, 224-ü isə şəhid ailəsidir.

Ailələrin sağlamlıqlarının qorunması muxtar respublikada qarşıda duran əsas vəzifələrdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə atılan mühüm addımlardan biridir. Ötən müddətdə muxtar respublikada aztəminatlı ailələrdən olan xəstələr üçün sağlamlıq layihələrinin həyata keçirilməsi, dispanserizasiya işinin yaxşılaşdırılması, əhalinin kütləvi müayinələrdən keçirilməsi ailələrimizin sağlamlıqlarının qorunmasına öz müsbət təsirini göstərib.

Sosial qayğıya ehtiyacı olan ailələr üçün 521 ev tikilib və ya
yenidən qurulub

Ölkəmizdə ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və insanların yeni həyat standartlarına uyğunlaşdırılması dövlətin qarşısında duran əsas məsələlərdəndir. Həyata keçirilən sosial siyasətin mühüm bir istiqaməti də mənzillərin ipoteka yolu ilə gənc ailələrə verilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 7 noyabr tarixli Fərmanı ilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ailələrin güzəştli şərtlərlə mənzil sahibi olmasına şərait yaradıb.

Muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində Naxçıvanda müharibə veteranları, şəhid ailələri və hərbi xidmət zamanı sağlamlığını qismən itirmiş vətəndaşlara, eləcə də hərbi qulluqçuların, alim və fəaliyyət göstərdiyi sahədə uğurları ilə seçilən şəxslərin ailələrinə mənzillər verilib. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq 2018-ci il aprelin 7-də Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yerləşən “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilib. Hazırda da şəhərimizdə yeni yaşayış binaları tikilməkdədir. Naxçıvan şəhərindən başqa, Babək və Kəngərli rayonlarında da yeni yaşayış binaları sakinlərin ixtiyarına verilib. Həmçinin Şahbuz şəhəri, Sədərək, Ordubad rayonlarında da yeni yaşayış binaları inşa edilir ki, bu binalarda gənc ailələr ipoteka kreditləri ilə də mənzil əldə edə biləcəklər. Eyni zamanda, şəhər və rayonlarda yaşayış binaları əsaslı şəkildə təmir olunaraq ailələrin istifadəsinə verilir. Yeri gəlmişkən, qeyd etmək olar ki, 1995-ci ildən bu günədək sosial qayğıya ehtiyacı olan ailələr üçün 521 ev tikilib və ya yenidən qurulub.

Muxtar respublikada 1020-dən çox ailə təsərrüfatı
fəaliyyət göstərir

Ailələrin rifahının təmin olunmasında məşğulluğun da rolu danılmazdır. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada işsizliyin aradan qaldırılması, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi istiqamətində uğurlu tədbirlərin həyata keçirilməsi davam etdirilir. Belə ki, muxtar respublikada ailə təsərrüfatlarının yaradılması ailələrimizin maddi rifah halının yüksəlməsinə yönəlmiş əsas tədbirlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması, “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın qəbul olunması müxtəlif təsərrüfat sahələrində çalışan ailələr üçün yeni imkanlar açıb. Hazırda muxtar respublikada 1020-dən çox ailə təsərrüfatı fəaliyyət göstərir. Həmçinin sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə fərdi təsərrüfatının inkişaf etdirilməsinə və özünüməşğulluğunun təmin olunmasına kömək göstərilir.

Ailə dəyərlərinin qorunub yaşadılması və təbliği baxımından Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də üzərinə mühüm vəzifələr düşür. Bu vəzifələrin icrası istiqamətində hər il 15 may - Beynəlxalq Ailə Günü geniş şəkildə qeyd olunur, silsilə tədbirlər həyata keçirilir. Həmçinin ailələrin “gümüş”, “qızıl” və “brilyant” toyları qeyd olunur. Komitə tərəfindən mütəmadi olaraq muxtar respublikanın rayon və kənd mərkəzlərində müvafiq mövzularda maarifləndirici tədbirlər həyata keçirilir.

Sağlam ailələrin olması üçün xalqımızın ailə dəyərlərinin yaşadılması, ailə üzvlərinin reproduktiv sağlamlığının qorunması vacibdir. Ona görə də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq muxtar respublikanın rayon və kənd mərkəzlərində müvafiq mövzularda maarifləndirici tədbirlər keçirilir, tədbir iştirakçılarına mövzu ilə əlaqədar maarifləndirici broşürlər paylanılır.

Ötən illə müqayisədə aztəminatlı ailələrin sayında
44 faizədək azalma müşahidə olunub

Qadınlar ana olmaqla bərabər, cəmiyyətin, o cümlədən ailənin əsas dayaqlarından biridir. Muxtar respublikada qadınların maliyyə savadlılığının və idarəetmə vərdişlərinin yüksəldilməsinə, eyni zamanda, gəlir mənbələri qismən məhdud olan qadınların sahibkarlıq fəaliyyətinə təşviq edilməsinə və ailələrinə dəstək olmasına da xüsusi qayğı göstərilir. Bu məqsədlə “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində muxtar respublikada “Gələcəyini planlaşdır” təlimləri keçirilir.

Aztəminatlı ailələrə xüsusi diqqət və qayğı ilə yanaşılması muxtar respublikada ailə siyasətinin əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti dövlət orqanlarının nümayəndələri muxtar respublikada yaşayan aztəminatlı ailələrə mütəmadi baş çəkir, onların problemlərinin həlli istiqamətində müvafiq işlər görülür, ailə üzvlərinə tibbi xidmət göstərilir, onların zəruri ehtiyacları ödənilir. Həmçinin aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində işlər görülür, onlara sosial müavinətlər ödənilir. Görülən işlərin nəticəsində 2019-cu il 1 yanvar tarixli statistik məlumatdan aydın olub ki, ötən illə müqayisədə aztəminatlı ailələrin sayında 44 faizədək azalma müşahidə olunub.

Qeyd olunanlarla yanaşı, muxtar respublikada ailə dəyərlərimizin təbliğ olunması məqsədilə yazı, dekorativ tətbiqi sənət, yaradıcılıq və rəsm müsabiqələri keçirilir, eləcə də kütləvi informasiya vasitələrində sağlam ailənin formalaşması, ailə dəyərləri ilə bağlı maarifləndirici çıxışlar edilir.

Yeni qurulan gənc ailələr də muxtar respublikada ailələrin sağlam qurulmasına və uzunömürlü olmasına hesablanmış dövlət qayğısından düzgün istifadə etməli, öz üzərlərinə düşən vəzifələri, cəmiyyət qarşısında məsuliyyətlərini dərk etməlidirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNƏCƏK

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib