REGİONLAR
Muxtar respublikada fövqəladə hallara hazırlıq sahəsində qarşıya qoyulan vəzifələr uğurla icra olunur
Naxçıvan, 22 noyabr, AZƏRTAC
Ötən ay Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən texniki təhlükəsizliyin təmin olunması, qəza və hadisələrin vaxtında qarşısının alınması məqsədilə 2 obyekt, 7 avadanlıq və qurğu dövlət reyestrində qeydiyyata alınıb, 2 müəssisədə 8 təhlükə potensiallı qurğu və avadanlıq sertifikatlaşdırılıb, 21 obyektdə mühafizə işinin təşkili yoxlanılıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, oktyabr ayında da nazirliyin rayon dövlət yanğın təhlükəsizliyi şöbələrində yoxlama, taktiki-xüsusi təlim və məşğələlər keçirilib.
Oktyabr ayında 29 ticarət obyekti tərəfindən standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinin və istismarının qarşısı alınıb, 740 qazanxanaya baxış keçirilib, cavabdeh şəxslərlə maarifləndirici söhbətlər aparılıb. Ocaqçı-maşinist ixtisası üzrə şəhadətnaməsi olmayan 248 nəfər müvafiq kurslara cəlb edilib, Naxçıvan Şəhər Peşə Liseyində bu ixtisas üzrə təhsil alan müdavimlər üçün məşğələ keçirilib.
Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 365 obyektdə, 5 min 964 şəxsi yaşayış evində, 68 yaşayış binasında yanğına qarşı yoxlamalar, mülki müdafiə işinin təşkili və işçilərin fövqəladə hallara hazırlığı ilə bağlı 9 obyektdə maarifləndirici tədbir, 27 obyektdə mülki müdafiə qüvvələrinin qrup məşğələsi, 17 məktəbdə nümunəvi dərslər keçilib, 4 mərkəzi icra hakimiyyəti orqanının mülki müdafiə planı hazırlanıb. Bundan başqa, tikilməkdə olan və yenidən qurulan 46 obyektdə tikinti işlərinin norma və qaydalara uyğun aparılmasına nəzarət edilib.