İQTİSADİYYAT
Muxtar respublikada kifayət qədər yanacaq ehtiyatı vardır
Bakı, 30 iyul (AZƏRTAC). Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi və 2012-ci ilin birinci yarısının yekunları ilə əlaqədar yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müəssisənin direktoru Bəhruz Əzimov demişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müvafiq təşkilatları ilə 2012-ci il üçün 11 min ton müxtəlif avtobenzin, 60 min ton dizel yanacağı, 25 min ton bitum, 10 min ton mazut, 940 ton müxtəlif yağlar, 5000 ton maye qaz alınması barədə müqavilə bağlamışdır.
Ötən müddət ərzində 1487,5 ton müxtəlif növ avtobenzin, 29 min 953,2 ton dizel yanacağı, 8991,1 ton bitum, 8875,7 ton mazut, 69 ton müxtəlif yağlar, 2478,1 ton maye qaz gətirilmişdir.
2012-ci il iyul ayının 1-i tarixinə müəssisənin anbarlarında 284,4 ton A-92 benzini, 4295,9 ton dizel yanacağı, 3293,2 ton mazut, 97,8 ton maye qaz ehtiyatı vardır.
Məruzə ətrafında çıxışlar olmuş, qarşıda duran vəzifələrdən danışılmışdır.