Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramının icrası əhalinin keyfiyyətli məhsullarla təminatına imkan verir

Naxçıvan, 13 fevral, AZƏRTAC

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Qəbul olunan dövlət proqramlarının icrası, güzəştli şərtlərlə kreditlərin verilməsi, aqrar sahədə müasir infrastrukturun formalaşdırılması kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə də əkinçiliyin inkişafına əlverişli şərait yaradıb, bol məhsul istehsalına və daxili bazarın tələbatının ödənilməsinə səbəb olub.

Müasir meliorasiya və irriqasiya sistemləri qurulub

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi muxtar respublikada əhalinin keyfiyyətli meyvə və tərəvəz məhsulları ilə təminatına imkan verir. Dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası 2018-ci ildə də davam etdirilib. Belə ki, muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin “Araz” Elm-İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində 372 meyvə genofondu, Nehrəm meyvəçilik və üzümçülük istiqamətli sort-sınaq məntəqəsində 17 üzüm sortu fondu toplanıb. Həmin sortların çoxaldılaraq torpaq mülkiyyətçilərinə paylanması və yeni bağların salınması ilə əlaqədar işlər aparılıb. Bu dövrdə tərəvəz əkini sahələrinin genişləndirilməsinə də diqqət artırılıb, muxtar respublikada 2018-ci ildə 3215 hektar ərazidə kartof, 6183 hektar ərazidə tərəvəz əkini həyata keçirilib.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük labоratоriyasında Naxçıvan Muxtar Respublikasının iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik olan aborigen meyvə sortlarına dair tədqiqat işləri aparılıb. Muxtar respublika ərazisində becərilən heyva, gilas, albalı, ərik, gavalı, şaftalı, alça sort və formaları plana uyğun olaraq tədqiq edilib, yeni süfrə və texniki üzüm sort və formalarının biomorfoloji xüsusiyyətləri araşdırılıb.

Meyvəçiliyin və tərəvəzçiliyin inkişafında vacib məsələlərdən biri də müasir meliorasiya və irriqasiya sistemlərinin qurulmasıdır. Ötən il bu sahədə bir sıra tədbirlər görülüb, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 616 hektar sahəni əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb. Yaşıllıqların suvarılması üçün Şərur, Babək, Culfa, Şahbuz, Ordubad, Sədərək və Kəngərli rayonları ərazilərində müxtəlif diametrli borularla, ümumilikdə, 47 kilometr suvarma xətti çəkilib, mövcud suvarma xətləri təmir edilib.

Yeni soyuducu anbarlar tikilir

Meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişaf etdirilməsinə münbit şərait yaradan amillərdən biri də əldə olunan məhsulun soyuducu anbarlarda saxlanılmasıdır. 2018-ci ildə özəl investisiya qoyuluşu hesabına Babək rayonunun Nehrəm kəndində “Sumqala Tikinti Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumi tutumu 2500 ton olan yeni soyuducu anbarın tikintisi davam etdirilib. Şərur rayonunun Sərxanlı kəndində fiziki şəxs Vəli Zamanov və Cəlilkənddə fiziki şəxs Yaqub Tağıyev tərəfindən soyuducu anbarın genişləndirilməsi, Yuxarı Aralıq kəndində fiziki şəxs Asiman Ələkbərov tərəfindən 125 ton tutumu olan soyuducu anbarın quraşdırılması işləri davam etdirilib. 2018-ci ildə meyvə-tərəvəz məhsullarının tədarükü məqsədilə Şərur və Ordubad rayonlarında fəaliyyət göstərən 2 sahibkara 90 min manatlıq dövlət maliyyə dəstəyi göstərilib.

Müasir istixana kompleksləri yaradılır

Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. Müasir istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbatının ödənilməsinə imkan verir. Həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə Şərur rayonunun Maxta kəndində fiziki şəxs Zahid Musayev tərəfindən özəl investisiya hesabına sahəsi 1000 kvadratmetr olan müasir istixana təsərrüfatının yaradılması, dövlət maliyyə dəstəyi hesabına Arpaçay kəndində fiziki şəxs Abdulla Adıgözəlov tərəfindən istixana təsərrüfatının 4000 kvadratmetr genişləndirilməsi işləri başa çatdırılıb, Ələkli kəndində Etibar Seyidov tərəfindən 460 kvadratmetr sahəsi olan yeni istixana təsərrüfatının qurulması davam etdirilib.

Məhsulların keyfiyyəti daim nəzarətdə saxlanılır

İstehsalçıların fəaliyyətinin stimullaşdırılması, əhalinin mövsümi kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi və qiymətlərin tənzimlənməsi məqsədilə soyuducu anbarlara 5419 ton meyvə-tərəvəz məhsulları tədarük edilib, istixana təsərrüfatlarında 471 ton tərəvəz məhsulları yetişdirilərək bazarlara çıxarılıb. Bu məhsulların keyfiyyəti daim nəzarətdə saxlanılıb, 144 halda orta nümunələr götürülərək təhlil edilib. Həmçinin sahələrdə yetişdirilən bostan-tərəvəz məhsullarının bazarlara təklif edildiyi nəzərə alınaraq, 996 halda səyyar laboratoriya analizləri aparılıb, istehsalçılarla maarifləndirmə tədbirləri davam etdirilib.

Muxtar respublikanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 2018-ci ildə istehsal olunan məhsullardan 112 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılıb, 12 anbardan, 5 istixanadan, 35 bostandan və 11 satış obyektindən götürülmüş məhsulların 228 halda laboratoriya analizləri aparılaraq, keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğunluğu müəyyən edilib.

Satış yarmarkalarına 248 ailə təsərrüfatının 180 adda məhsulu çıxarılıb

İхtisaslaşmış meyvə və tərəvəzçilik təsərrüfatlarının, müasir emal, qablaşdırma müəssisələrinin yaradılması və ixracyönümlü məhsul istehsal edən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətində tədbirlər 2018-ci ildə də davam etdirilib. Kəngərli rayonunun Yeni Kərki kəndində fiziki şəxs Hafizə İsmayılbəyliyə meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi məqsədilə muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondundan 6 min manat dövlət maliyyə dəstəyi göstərilib. Ötən il əhali tələbatının ucuz və keyfiyyətli məhsullarla ödənilməsi məqsədilə Naxçıvan şəhərində və rayon mərkəzlərində həftənin şənbə və bazar günləri kənd təsərrüfatı, emal sənayеsi məhsullarının satışı yarmarkası təşkil olunub, yarmarkaya kənd təsərrüfаtı məhsulları ilə yanaşı, 248 ailə təsərrüfatının 180 adda, 32 yerli istehsal müəssisəsi, 8 soyuducu anbar və istixana təsərrüfatı tərəfindən isə 230 çeşiddə məhsul çıxarılıb.

Sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir

Muxtar respublikada ənənəvi kənd təsərrüfatı sahələrindən biri də üzümçülükdür. Son illərdə bu sahənin inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılıb. Belə ki, Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına muxtar respublika üzrə üzümçülüyün inkişaf etdirilməsi məqsədilə 8 layihənin maliyyələşdirilməsinə 179 min manat, 66 layihə üzrə meyvəçilik təsərrüfatlarının yaradılmasına 1 milyon 343 min 100 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Babək rayonunun Nehrəm kəndində mövcud üzüm bağı genişləndirilərək 150 hektara çatdırılıb.

Ötən il 203,3 hektar meyvə bağları salınıb

Qeyd olunan dövrdə əkinçilik üçün yararlı olmayan torpaq sahələrində meliorativ tədbirlərin görülməsi və yeni meyvə bağlarının salınması da diqqətdə saxlanılıb. 2018-ci ildə püstə bağında 12 hektar sahədə 1250 püstə fidanı, 10 hektar sahədə isə püstə tingi vasitəsilə bərpa işləri aparılıb. Həmçinin muxtar respublikanın Arazboyu düzənlik ərazilərində 40 hektar sahədə meyvə bağı, 6,5 hektar sahədə üzüm bağı salınıb. Ərazilərdə bərpa işləri aparılıb və ümumilikdə, 30 min 200 ədəd müxtəlif meyvə tingindən və 10 min 480 üzüm tingindən istifadə olunub. Kənd təsərrüfatı istifadəsindən kənarda qalmış torpaq sahələrində meyvə bağlarının salınmasına ictimai marağın artırılması istiqamətində, ümumilikdə, 2018-ci il ərzində muxtar respublika ərazisində 203,3 hektar meyvə bağları salınıb, 225 min 329 ədəd üzüm və meyvə tingi əkilib.

Genetik fondun qorunub saxlanılması məqsədilə yerli meyvə-tərəvəz sortlarının toxum materiallarının toplanılması, həmin sortların təcrübə sahələrində əkilərək biologiyasının və torpaq-iqlim amillərinə dayanıqlığının öyrənilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tingçilik müəssisəsi tərəfindən 5,6 hektardan çox ərazidə müxtəlif meyvə toxumlarından ibarət toxmacarlıq, yerli üzüm sortlarından ibarət qələm kökləndirmə sahələri yaradılıb, 38 min üzüm, 45 min iydə qələmi əkilib. Yerli meyvə sortlarının vegetasiya müddətinə uyğun olaraq, 2018-ci ildə 8400 kiloqram meyvə toxumları və 1000 kiloqramdan çox yabanı meyvə toxumları tədarük edilib.

Aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən isə sığorta işinin əhəmiyyəti mövzusunda torpaq mülkiyyətçilərinin iştirakı ilə rayon, qəsəbə və kəndlərdə müvafiq seminarlar keçirilib, 2018-ci ildə 1455 vətəndaşa məxsus əkin sahəsi sığortalanıb.

Qida məhsullarında gen dəyişikliyi yoxlanılır

Geni dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş məhsulların muxtar respublikaya idxalına yol verilməməsi barədə xarici iqtisadi fəaliyyətlə məşğul olan biznes subyektləri ilə görüşlər keçirilib. Bununla yanaşı, üzərində geni dəyişdirilmiş məhsul olması haqqında məlumatlar olan mallara nəzarət gücləndirilib. Naxçıvan Gömrük Ekspertizası İdarəsində genetik modifikasiya olunmuş məhsulların analizinin aparılması üçün müvafiq avadanlıqlar alınıb, qida məhsullarında gen dəyişikliyinin öyrənilməsinə başlanılıb. Naxçıvan Gömrük Ekspertizası İdarəsi tərəfindən daha çox geni modifikasiya olunması ehtimalı olan məhsulların siyahısı hazırlanaraq gömrük sərhəd-buraxılış məntəqələrinə göndərilib.

Torpaq sahələrinin əkin dövriyyəsinə qatılması diqqət mərkəzindədir

Dövlət proqramına uyğun olaraq muxtar respublikada şoranlaşmış və qrunt sularının üzə çıxması nəticəsində əkin dövriyyəsindən çıxmış torpaq sahələrinin əkin dövriyyəsinə qaytarılması və bu prosesin qarşısının alınması üçün torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işləri aparılıb, Şərur, Culfa, Babək, Sədərək rayonlarında bataqlaşan və şoranlaşan torpaq sahələrində kollektor-drenaj şəbəkəsinin bərpasına başlanıb, 101 kilometr kollektor, 21 kilometr açıq drenaj lildən təmizlənib, 26 kilometr yeni açıq drenaj, 3 kilometr qapalı drenaj tikilib.

Kənd təsərrüfatında ziyanverici və xəstəliklərə qarşı mübarizə tədbirlərinin və pestisidlərin satış şəbəkələrinin genişləndirilməsi diqqətdə saxlanılıb, 2018-ci il ərzində muxtar respublika üzrə 675 hektar yonca sahəsində zərərvericilərə, 1603 hektar taxıl və cavan meyvə bağlarında gəmiricilərə, 174 hektar kartof sahəsində “Kolorado” kartof böcəyinə, 9215 hektar taxıl sahəsində alaq otlarına, 21 hektar sahədə bəzək bitkilərinin zərərverici və xəstəliklərinə qarşı kimyəvi mübarizə tədbirlərinin aparılmasında torpaq mülkiyyətçilərinə metodik köməklik göstərilib. Bu məqsədlə xarici ölkələrdən müxtəlif spektrli bitki-mühafizə dərmanları alınıb gətirilərək “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi və rayon bazarlarında yaradılmış apteklərində satışı həyata keçirilib.

Əkin atlası hazırlanıb

Muxtar respublikanın torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla torpaqlardan səmərəli istifadə edilməsi, əkinəyararlı torpaq sahələrinin məhsuldarlığının yüksəldilməsində intensiv amillərin rolunun artırılması, əkin dövriyyəsinə daxil olan torpaqların tərkibinin öyrənilməsi, torpaqların və əkinlərin rayonlaşdırılması diqqət mərkəzində saxlanılıb. Kəngərli rayonunda taxılçılıq, bostançılıq, tərəvəzçilik və meyvəçilik üzrə əkin atlası hazırlanıb. Bundan başqa, kənd təsərrüfatı məhsullarının tədarükü, satışı və emalı üzrə cəmiyyət və birliklərin yaradılması istiqamətində də işlər görülüb, “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” və “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli cəmiyyətləri təsis edilib, “Naxçıvan Muxtar Respublikası İstixanaçıları” İctimai Birliyi yaradılıb.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb