Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Muxtar respublikada şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim edilib

Naxçıvan, 30 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 24 iyun tarixli sərəncamları ilə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və şücaət göstərmiş naxçıvanlı hərbi qulluqçular da müxtəlif orden və medallarla təltif ediliblər. Naxçıvan Şəhər İcra Hakimiyyətində həmin medalların, onların vəsiqələrinin şəhid ailələri, qazi və Vətən müharibəsi iştirakçılarına təqdim olunması ilə bağlı növbəti tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük şücaət göstərərək şəhid olmuş Naxçıvan şəhər sakinləri - baş leytenant Sahil Məmmədov “Kəlbəcərin azad olunmasına görə”, baş leytenant İsmayıl Vəliyev “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə”, gizir Bağır Ələkbərov “Füzulinin azad olunmasına görə”, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular Araz Məmmədov, Xansu Qurbanov, İslam Eyvazov, İbrahim İbrahimov, Seymur İbrahimov “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər. Qazi, müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları - Nurəddin Nəbiyev, Yusif Haqverdiyev “Füzulinin azad olunmasına görə”, Vətən müharibəsi iştirakçıları - mayor Ruslan Novruzov, mayor Rasim Zamanov, əsgər Şükür Novruzov “Suqovuşanın azad olunmasına görə”, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular Murad Əliyev və Mir İsmayıl Süleymanov isə “Füzulinin azad olunmasına görə” medalına layiq görülüblər.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik-leytenant Anar Aqilov çıxışında qeyd edib ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin üç minə yaxın hərbi qulluqçusu şəhid olub, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirib. Vətənin müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin 15 nəfəri Naxçıvan şəhər qeydiyyatında olub. Vətən torpaqlarına azadlıq toxumu səpən qeyrətli Vətən oğulları xalqımızın qəlbində hər zaman yaşayacaq.

Sonra medalların təqdimatı olub. Şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

X X X

Şərur rayonunda keçirilən təqdimat mərasimində də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Kamal Cəfərov qeyd edib ki, ərazilərimizin düşmən tapdağından azad olunmasında canlarını, qanlarını əsirgəməyən şəhidlər, qazilər və müharibə iştirakçılarına daimi dövlət qayğısı göstərilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına təqdim olunan “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları da bu qayğının təzahürüdür.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Həsən Məmmədov çıxışında bildirib ki, haqq savaşımızda Azərbaycanın bütün bölgələri kimi, Şərur rayonunun oğulları da düşünmədən, gözünü qırpmadan bu savaşa qatılıblar. Onlarla igid həmyerlimiz şəhid, qazi adlarını qazanıblar. Həmin Vətən övladları bu müqəddəs savaşın qəhrəmanlarıdır. Bu qəhrəmanları həmişə dərin hörmətlə yad edilir, xatirələri əziz tutulur.

Şəhid Əli Yusifovun atası Suləddin Yusifov şəhid ailələri adından onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Sonda şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub.

X X X

Babək rayonunda igid Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki, ötən dövrdə təkcə Babək rayonunda dövlətimiz tərəfindən 3 şəhid ailəsinə və 2 qaziyə mənzil, 3 qaziyə isə minik avtomobili verilib, onların tibbi müayinələri və özünüməşğulluq məsələlərinin həlli diqqətdə saxlanılıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələri və qazilər ziyarət olunur, onların sosial qayğıları həll edilir.

Sonra “Kəlbəcərin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni şəhidlərin ailələrinə, qazilərə və müharibə iştirakçılarına təqdim olunub. Onlar göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.

X X X

Ordubad rayonunda keçirilən tədbir də şəhidlərimizin əziz xatirəsinin anılması ilə başlayıb.

Rayon icra hakimiyyətinin başçısı Elşad Məmmədov çıxışında vurğulayıb ki, Azərbaycan xalqı 30 illik həsrətə son qoyaraq qanı, canı bahasına torpaqlarımızı düşmən tapdağından azad edən igid oğulları ilə hər zaman qürur duyacaq.

Sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş şəhid kapitan Ülvi Hüseynovun, əsgər Saday Məmmədəliyevin və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş şəhid baş leytenant Namiq Xəlillinin və gizir Rufiz Budaqovun medalları ailə üzvlərinə təqdim edilib.

“Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunan ehtiyatda olan baş leytenant Sahil Hacıbəyli göstərilən diqqətə görə minnətdarlığını bildirib.

X X X

Muxtar respublikanın Culfa, Şahbuz və Sədərək rayonlarında da şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim edilib. Bununla əlaqədar keçirilən tədbirlərdə vurğulanıb ki, torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olan igid Vətən oğullarının qəhrəmanlıq və şücaəti gələcək nəsillərə örnəkdir.

Qeyd edilib ki, bu gün muxtar respublikada şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları hərtərəfli qayğı ilə əhatə olunublar.

Çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

 

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq