REGİONLAR
Muxtar respublikada sosial qayğıya ehtiyacı olanlara ərzaq payı verilib
Naxçıvan, 20 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən ötən həftə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan sosial qayğıya ehtiyacı olanlara ərzaq payı verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, onlardan 50 nəfəri tənha ahıl, 146-sı ünvanlı dövlət sosial yardımı alan, 45-i çoxuşaqlı ailə və 59-u xüsusi qayğıya ehtiyacı olan şəxsdir.
Ərzaq payı ilə təmin olunanlar göstərilən diqqətə görə dövlətimizə minnətdarlıq ediblər.
Qeyd edək ki, bu gün muxtar respublikada sosial-iqtisadi inkişafın təmin olunması əhalinin rifahını xeyli yaxşılaşdırıb, sosial islahatların əhatə dairəsi genişlənib. İnsanların sağlamlığının qorunması, xüsusilə də qayğıya ehtiyacı olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin olunması sahəsində kompleks tədbirlər görülür.