REGİONLAR
Muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi 41,5 faiz artıb
Naxçıvan, 30 mart, AZƏRTAC
Naxçıvanda təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2022-ci ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 43 milyon 871 min manat məbləğində kreditlər verilib. Bu, bir il öncəki göstəricidən 41,5 faiz çoxdur.
Verilmiş kreditlərin 4 milyon 395 min 500 manatı və yaxud 10 faizi qısamüddətli, 39 milyon 475 min 500 manatı və yaxud 90 faizi uzunmüddətli kreditlər olub.