ELM VƏ TƏHSİL
Muzey əməkdaşının Türkiyədə beynəlxalq simpoziumda elmi məruzəsi dinlənilib
Bakı, 3 dekabr, AZƏRTAC
Türkiyənin Aydın Adnan Menderes Universitetində Milli Mücadilənin 100 illiyinə həsr olunmuş "Yörük Əli Efe beynəlxalq xalq mədəniyyəti araşdırmaları” mövzusunda simpozium keçirilib.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə bu müəssisənin direktor müavini, dosent Həbibə Əliyevanın “Azərbaycanda arxeoloji qazıntılardan aşkarlanmış epiqrafik kitabələr” mövzusunda məruzəsi dinlənilib.
H.Əliyeva, eyni zamanda, muzeyin nəfis tərtibatlı nəşrlərini universitet rəhbərliyinə hədiyyə edib.
Tədbirdə iştirakçılara sertifikatlar təqdim olunub.