ELM VƏ TƏHSİL
Muzeyin “Azərbaycan Səfəvilər dövləti” bölməsi yenidən qurulub
Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycan Səfəvilər dövləti” bölməsinin yenidən qurulması üzrə işlər başa çatıb.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, burada Səfəvilər sülaləsinin etnik mənşəyi, dövlətin yaranması, I Şah İsmayılın şəxsiyyəti və dövlət quruculuğu işləri, Səfəvilər dövlətinin inzibati quruluşu, iqtisadiyyatı, mədəniyyəti, silahlı qüvvələri, xarici siyasəti və s. haqqında məlumat panelləri, müvafiq tarixi eksponatlar, eləcə də müəllifləri Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə, Böyükağa Mirzəzadə, Lüdviq Knit olan rəsm əsərləri qoyulub.